Qəzəl: Ey olan Quran icazafərin bürhan sənə
Ey olan Quran icazafərin bürhan sənəMədd-i bismillah mizani-ülüvvi-şan sənə
Zatına ol qürb ilə hacət deyil merac kimÖmürlər möhtac idi paybus üçün Keyvan sənə
Bəs deyil ol şövkəti-şan ilə cövlan etməyəTövsəni-gərdun, səməndi-lamakan meydan sənə
Zati-bi-şibhü-misalın bəs ki ali-qədrdirGündə min yol tazələr ərşi-bərin iman sənə
Bəs ki ehsan etməyə möhtacdır lütfün səninDəmbədəm ehsan uman səndən qılır ehsan sənə
Müxtəsər kaşanədir firdovs nisbət cudunaBir mühəqqər sərzəmindir ravzeyi-rizvan sənə
Kəsmə məndən guşeyi-çeşmi-tərəhhüm, ya NəbiEy mən və yüz min mən və Qövsi kimi qurban sənə
Kitabxana.az · https://kitabxana.az/ru/works/qovsi-qezel-ey-olan-quran-icazaferin-burhan-sene
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Təzəllümdən usandı, zülmdən dildar usanmazmıCəfa və cövrdən əğyar usandı, yar usanmazmı
Qəzəl: İstər gözüm ki göstərə dildarə könlümüİstər gözüm ki göstərə dildarə könlümüKimdir ki bir yerə yığa sədparə könlümü
Qəzəl: Keç təğafül birlə məndən ey edən şeyda məniKeç təğafül birlə məndən ey edən şeyda məniKim bu gündə görməsin heç kafir və tərsa məni
Qəzəl: Gəl öz nigahi-rövşən ilə şəm dağımıGəl öz nigahi-rövşən ilə şəm dağımıEy aftab bir gecə yandır çırağımı