Ey qəmər
Sən hər gecə, o qəmli meşələrin ardından,Həkimanə baxışla, dünyalara baxırsan...Lacivərd göylərdə, bir pəri tək uçarkən,Nədən suya düşüb də dalğalarla axarsan?
Nədir sənin simanda, o kölgəli düşüncə?Həyatında çəkdiyin, möhnətlərin izimi?Nə tikmişsən gözlərin uzaq-uzaq yollara,Görünürmü uzaqda, axıb gedən bir gəmi?
Nə bilirsən ey Qəmər, sən yanarkən zülmətdə,Hansı gəmi bu yaşıl sahillərə yanaşdı.Sən çıxarkən pərdədən, yelkən açıb qəhrlə,Sevgilimin gəmisi dənizlərdən də aşdı.
Yollar uzaq, karvan keçib yoldan bixəbər,Mən piyada düşmüşəm, yollar üstə sayə tək...Aç zülfün, at kəməndin, bir gecəlik ey Qəmər!Ey “Mərsdabə” məni də o gümüşlü bürcə çək!..
Kitabxana.az · https://kitabxana.az/ru/works/hebib-sahir-ey-qemer
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bir keçən buludun, göz yaşlarını,Qana-qana içib, açılan çiçək.
Meşələrin qoynundaYoldan iraq bir yerdə, meşələrin qoynunda,Su başında qurulmuş, səhər atlas çadırlar.
Yarın ətəkləriDüşüncəli könlüm, yatmaz, dinlərdi,Gecələrin dərinləşən səslərin...
Əyil sular üstə!Əyil sular üstə, tökülsün kölgən,Oxşasın kölgəni çeşmənin əli.
Стихи других поэтов · О любви
Ey ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli
MəndənBaşına döndüyüm a nazlı dilbərGəlirmi guşuna sədalər məndən
Çığalı müxəmməs: Oldum gənə bir qaşı-kaman yarə giriftarOldum gənə bir qaşı-kaman yarə giriftar,Pürqövi-şikəm nafeyi-Tatarə giriftar,
YazıqdırHavayı həvəsə ciyərin yaxma,Ərənlər verdiyi gözə yazıqdır.