Lovğalıq olmaz desəm aşiq kimi şöhrətdəyəm,Eşq dünyasında mən az-çox yenə hörmətdəyəm.

Ey nigarım, hüsnünə cansız şerlər yazmadım,Qəlbi buzdan çox soyuq aşiqlərə heyrətdəyəm.

İl nədir, sonsuz gəlir sənsiz keçən günlər mənə,Mən vüsal uğrunda hicranla uzun söhbətdəyəm.

Gözlərindən ayrılanda, gözəlim, zənn et ki, mənÖz elindən ayrı düşmüş bir kəsəm, qürbətdəyəm.

Rüstəməm, eşqim vətəndir, mən vətən övladıyam,Mən vətən mülkündəyəm, bir söz: demək cənnətdəyəm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви