Mən etibar edib o nigarın vəfasına,Düşdüm məhəbbətin dolaşıq macərasına.

Bir doğru aşiq olduğumu mən sübut üçünDözdüm, zəhərli töhmətinə, hər cəfasına.

Canan! Yetiş haraya dedim, döndü hər sözümHicrində odlu nalə çəkən ney sədasına.

Eşqinlə, ey gözəl çiçəyim, nazlı dilbərim,Uçdum məhəbbətin sonu yox bir fəzasına.

Mən öz yarımla fəxro edirəm, Rüstəməm, bəli.Yetdim vüsali-yarə böyük qan bahasına.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви