Ey afət, sanma ki, yaralı könlüm,Dərdini aləmə danışa bilməz.Onu bilirəm ki, vəfasızlarlaÖmürlük qaynayıb-qarışa bilməz.

Sinəmə dağ çəkdi sənin hər sözün,Nələr çəkdiyimi görmədi gözün.

Eşqimin odunu söndürdün özünMəncə o bir daha alışa bilməz.

Gəl dedim, gəlmədin köməyimə sən,Qar tökdün gülümə, çiçəyimə sən.Yaman yara vurdun ürəyimə sən.Yox, yox, o səninlə barışa bilməz!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви