Arzum gül açır mən sola dönsəm, sağa dönsəm,Eşqim dil açır mən sola dönsəm, sağa dönsəm.Söz yox ki, bu torpaq verəcək şerimə qüvvət,Vaxtında bu torpaqda əgər torpağa dönsəm.Torpaqda da şair gözümün nuru azalmaz,Qoynunda gözəllər gəzişən bir bağa dönsəm.Baxtım açılar, Təbrizi görməkçin uzaqdan,Dostum Savalantək qocaman bir dağa dönsəm.Şair kimi, Rüstəm kimi, xoşbəxt olaram mən,Bir əldə nümayiş günü al bayrağa dönsəm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине