Mabədi var
Rəssamın öz fırçası, öz rəngi var,Şairin öz xətti, öz ahəngi var.
Şairəm, xoşbəxtlərin övladıyam,Könlümün yalnız o taydan dərdi var.Eşqimin öz aynasında bəxtə bax –Zərləri şeş-beş atan öz nərdi var.Sözlərim pərvazlanıb, ellər gəzir,Kim deyir şerin, sözün sərhədi var?Mən Süleyman Rüstəməm, ömrüm boyu,Şerimin sərhədi yox, mabədi var!
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-mabedi-var
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Eşqinlə gecə-gündüz vuran bu şair ürəkİnan, sevgilim, inan, mənim deyil, sənindir!
Səni görməsəydimYəqin kimsəsiz, yetim görünərdim aləmə,Könlümü həmişəlik mən sənə verməsəydim.
Gəlib, getmişBilirsənmi, könül, ərzə nə mehmanlar gəlib, getmiş,Ədasıyla necə canlar alan canlar gəlib, getmiş.
Vüsalda görməliyəmMəhəbbətin aradım zövqünü, səfasını mən,Gözəllərin sınadım əhdinə vəfasını mən.
Стихи других поэтов
Götür zülfi-çəlipanı üzari-hurtəl'ətdən,Məh ü mehr aşikar olsun səhabi-zəngi-qəflətdən
YadigarSallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,
Məhəmməd bəy Arifə cavabMən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,