Bülbülə
Təzədən işlənmiş
Bülbül! Sənə ilham verən azad vətənindi,Bağlardakı güllər də, çiçəklər də sənindi.Sən millətə, millət sənə bağlı,Sən sənətə, sənət sənə bağlı,
Qüdrətli vətən bülbülü oldun,Şöhrətli vətən bülbülü oldun.Hər yerdə vüqarınla göründün,Öz şəxsi baharınla göründün.Sən müjdə verərkən bizə sənət baharından,Biz vəcdə gəlirdik əbədi mahnılarından.Alqışların altında boy atdın,Bülbül kimi xoş arzuna çatdın.Ey ləhcəsi göyçək:Ey nəğməsi göyçək,Eşqinlə cavandın,Məclislərə candın.Qoydun nə üçün sən bizi sənsiz,Kim dindirəcək “Sənsiz”i sənsiz?!Ey varlığı xoş nəğməli Bülbül,Xoş kəlməli Bülbül,Sən zirvəyə qalxdın, yenə də zirvədə qaldın.Ustad kimi gənc nəslə ömürlük dədə qaldın.Köçdünsə də son mənzilə, öz kamına yetdin,Bülbül kimi gəldin, yenə bülbül kimi getdin!
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-bulbule
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Hicran daşı vurdun kürəyimdən,Atdın məni, atdın məni, atdın.
GözəllərXəzər sahilinə gözəllik verənGözəl şəhərimin gözəlləridir.
İtirmək istəmirəmÜzünü görmədiyim illər gəlib ötüşdü,Bəxtimə bax, nəhayət, vüsal vaxtı yetişdi.
İlk məhəbbətSevib, sevilənlər çox gözəl bilir,Olmayıb vəfası ilk məhəbbətin.
Стихи других поэтов · О природе
İştə səksən yaşında beli bükük bir qadınAylar, illər bilmədən qırmış qolun, qanadın.
Gedir – getsin, qalır – qalsınUçub gedək, bu yuvadaKimlər məskən salır – salsın.
Yada düşdüGördüm üzünü, bağçada laləm yada düşdü;Əmdim dodağın bal kimi, ağzım dada düşdü.
BuludlarSuların üstündəSonatək üzərsən.