Məhəbbət məktəbindən yüz töhmətin var sənin,Sevgidən söz açmağa nə cürətin var sənin?!Bunu bilsən yaxşıdır – dostlarının yanındaNə bir yerin var sənin, nə hörmətin var sənin.Deyirsən ki, sevirəm canımdan artıq səni,Bu sözünə – de: kimdən zəmanətin var sənin?!Gör neçəsi vədi eşidibdir dilindən,Ömrü beşdəqiqəlik məhəbbətin var sənin.Mən ipinin üstünə odun yığa bilmərəm,Qafiyəsiz, vəznsiz xasiyyətin var sənin.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви