Bu, Məcnunu atası səhrada bulduğudur və nəsihətlə islahından aciz olduğudur
Что такое маснави?
Маснави: длинная поэма, где каждый бейт рифмуется внутри себя; обычно эпос или повесть.
Təhrir qılanda əhli-inşaBöylə bu misalə çəkdi tuğra
Kim, qüsseyi-dəhr mübtəlası,Məcnuni-şikəstənin atası
Qalmışdı məlamət içrə dün-gün,Nə günü gün idi, nə dünü dün.
Getmiş idi əldən ixtiyarı,Gündüz səbri, gecə qəran.
Qılmazdı tərəddüdündə təqsir,Bulmazdı bu dərdə hiç tədbir.
Bir gün onu etdilər xəbərdar,"Key piri-şikəsteyi-diləfgar!
Dün Leyli atası, ol siyəhdil,Ol mün'imi-süflə, piri-cahil
Sərxeyli yanında dad edərdi,Məcnımi-həzini yad edərdi
"Kim, bu dəli hökmə olmayıb ram,Xəlqə bizi eylər oldu bədnam.
Peyvəstə bizə yetər bəlası,Növfəl qəzəbindən et qiyası.
Hər necə ki, təndə canı vardır,Namusumuza zıyanı vardır.
Çün məhz şər oldu zati-əf i,Vacib gorünür müdam dəfi.
Namus bizim degil, sənindir,Dəf eyləyə gör ki, düşmənindir."
Çün kim zərərində gördülər nəf,Əzm eylədilər ki, edələr dəf.
Yadın degil, eylə oğlunu yad!Qıl çarə ki, düşmən olmaya şad."
Ol pir düşüb min iztirabə,Naçar özünü verib əzabə,
Səhralara tutdu seyltək ru,Cəhd ilə yügürdü gəzdi hör su.
Manzü-mənzil sirişki qanın,Rəhbər qılıb istədi nişanın.
Çün gecəyə gündüz oldu təğyir,Oldu gecə zülməti cahangir.
Rəf' oldu əlameyi-mənazü,Ol pirə tərəddüd oldu müşkil.
Sərgəştə gəzərkən eyləyib ah,Bir şö'lə ona göründü nagah.
Ol pirin olub dəlili-rahı,Ruz etdi ol od şəbi-siyahı.
Sandı odu yandıran ərəbdir,Xeylü həşəm ol oda səbəbdir.
Pervanə kimi üz urdu narə,Çün yetdi vü eylədi nəzarə,
Gördü ki, bu şö'lə bir nəfəsdir,Nə şö'leyi-cirmi-xarü xəsdir.
Məcnunundur bu ahi-sərkəş,Çəkmiş, urmuş cahana atəş.
Qət'i-nəzər eyləmiş cahandan.Keçmiş sərü çeşmü cismü candan.
Nə mülk, nə mal cüstcusu.Nə ata, nə ana arizusu.
Getmiş yelə bərgi-e'tibarı,Ol qalmışü marg intizarı.
Ol pir çü gördü oğlu halın,Tökdü rüxi-zərdə əşki-alın.
Yanında oturdu zarü qəmnak,Əl urdu ki, çöhrəsin edə pak.
Ol şiftə açdı çeşmi-püməm,"Kimsən - dedi, - ey mənimlə həmdəm?
Gər elçi isən, yetir pəyamın,Ver müjdəsin ol məhi-təmamın!
V'ər yolçu isən, oturma qafıl,Əzm eylə, gözət bir özgə mənzil!"
Ol pir təzərrö' etdi ağaz:"K'ey nəqdi-həyata kisəpərdaz!
Mən dürcəmü sən düri-şəbəfruz,Yə'ni atanam məni-siyəhruz!
Ey hasili-məzrəi-vücudim!V'ey ömr xəsarətində sudim!
Ey cövhəri-canımın həvası!V'ey dideyi-bəxtimin ziyası!
Derdim olasan mənim pənahım,Fəxrim, şərəfim, ümidgahım.
Məndən bu sərir olanda xali,Sən olasan əhli-mülkə vali.
Xəlq edə səni görəndə yadım,Baqi sənin ilə ola adım.
Gər tifliliyində məstü bibakSəhraya düşüb, yaxan qılıb çak,
Oldun rəhi-eşq içində məşhur,Mə'zur idin ol zamanda, mə'zur!
Hər vəqtdədir bir əmr qalib,Hər əhddədir bir iş münasib.
Növrəslərə eşq bir hünərdir,Sərhəddi-kəmala rahbərdir.
Hala ki, məqami-əql buldun,Təhsili-kəmala qabil oldun,
Səndən nə rəva bu macəralar,Sərmayeyi-eyb olan sədalar?
Gər qafil idin, ol indi aqil,Səhraləra düşmə, gəzmə qafil!
Vəhşilər ilə nədir bu birlik,İnsan ilə xoş degilmi dirlik?
Vəhşi ilə vəhşi, teyr ilə teyr,Həmcins ilə xoşdur eyləmək seyr.
Rəhm et məni-zarü namuradə,Qoyma bu məşəqqətü bəladə.
Kafurvəş oldu mişki-nabım,Bu sübhdə sənsən afitabıra!
Olmaq əlifim qərineyi-dal.Meylim sinə olmağınadır dal.
Dövran sitəmib canə yetdim,Mən özgə diyar əzmin etdim.
Gəl, tapşırayım sənə məqamım,Zəbt eylə büsatü ehtiramım.
Nə sud həmişə məstlikdən,Nə faidə bütpərəstlikdən?
Ey məst, kəmali-hiddətindənYoxdur xəbərin qəbahətindən!
Ol ləhzə ki, huşiyar olursan,Əlbəttə ki, şərmsar olursan.
Ey bütkədələr sənəmpərəsti!Çün rəf ola bu hicabi-məsti,
Məzmum olub etdigin bu halət,Əlbəttə, sənə yetər xəcalət.
Bir dilbərə ver könül ki, daimBünyadi-səbatı ola qaim.
Gər olsa yolunda bu cahan xak,Damanı ola qübardan pak.
Sən seydi olan xücəstə şəhbazHər ləhzə qılır bir əldə pərvaz.
Gəh Növfələdir mütii-fərman,Gəh İbni Səlama munisi-can.
Sən - böylə bəlalara giriftar,Ol - öylə çiraği-bəzmi-əğyar.
Şərm eylə bu eşqbazlıqdan,Bifaidə cangüdazlıqdan!
Yoxdur çü bəqası ruzigarın,Fərz eylə ki, oldu yar yarın,
Vəsl etmə onunla kim, bilirsənBir gün olur ondan ayrılırsan.
Tərk eylə bu hərzə-hərzə seyri,Yad eylə ilahi, amma qeyri
Kim, nəfsə məadü mərcə oldur,Qət' et ona söz ki, məqtə' oldur.
Həq sanei-dəhrü kargəhdir,Bunda əməl etməmək günəhdir.
Hər kimsə gərək gələn məhəldə,Bu kargəh içrə bir əməldə.
Hər kim nə əməl qılırsa bünyad,Muzdunu verər əməlcə ustad.
Ey kargəhi-cahana daxil,Sən həm əməl eylə, olma qafil!
Vəqt oldu səfər qılam cahandan,Avarə olam bu xakidandan.
Vəqt oldu verəm fənaya təxtim,Qədr ilə çəkəm bəqaya rəxtim.
Gəl yanıma, eylə fikri-halım!Biganəyə vermə mülkü malım!
Çün onu yığınca çəkmişəm rənc,Qıyma ki, nəsibi-qeyr ola gənc.
Eşqin bilirəm ki, böylə qalmaz,Daim səni qəm bu halə salmaz.
Bəxtin oyananda bu yuxudan,Hirsin yorulanda cüstcudan,
Qorxum bu ki, özgə ola halım,Dünyada nə mən qalam, nə malım.
Bikəslik olub sənə müqərrər,Bikəs olasan müdam, bizər.
Aqil kişi durbin gərəkdir,Dünyada ümid bir dirəkdir."
Çün pəndi tükətdi ol xirədmənd,Məcnuna təfavüt etdi ol pənd.
Dövlətli sözünə oldu mayil,Bir fikr elədi ki, ola aqil,
Qət' edə səlasili-cünunu,Sövdasının olmaya zəbunu,
Tərk eyləyə arizuyi-düdar,Eşqə dəxi olmaya giriftar.
Əmma yenə eşq şəhriyarıFərmanına çəkdi ol figarı:
"K'ey varı olan mənim cahanda!Nən var sənin bu cismü canda.?
Cana təmə' etmə kim, mənimdir!Tərk eylə təni ki, məskənimdir!
Məndən keçü canü təndən ayrıl!Qoy varlığın, özünlə sən bil!"
Gülbün kimi qanı cuşə gəldi,Bülbülsifəti xüruşə gəldi:
"K'ey eyni-səlah olan bəyanı!V'əzi mənə afiyət nişanı!
Mən həm buna qailəm ki, pəndin,Məzmuni-kəlami-sudməndin
Nisbət mənə xeyrdir, degil şər,Gər olsa eşitməyi müyəssər.
Gərçi sözünə qulaq tutdum,Nə sud, eşitdimü unutdum.
Sən demə ki, tut xəbər sözümdənKim, yox xəbərim mənim özümdən.
Eşq aldi dərinümü birunim,Getdi yelə səbr ilə sükunim.
Mən əqlə təvəccöh eylərəm çox,Sevda yolumu tutar ki: "Yox, yox!
Sən qandanü tərki-eşq qandan?Eşqi-əzəli çıxarmı candan?"
Tə'nin sitəmilə cana yetdim,Tərk eylə məni çü tərkin etdim!
Lütf eylə, zaman-zaman verib pənd,İslahıma olma arizumənd!
Artar ələmim bu macəradan,Atəş kimi cünbüşi-həvadan.
Bir şişə ki, oldu parə-parə,Peyvəndinə hiç varmı çarə?
Təklifimi qılma xanimanə,Gör sürəti-gərdişi-zəmanə.
Çün sən həm onu qoyub gedirsən,Onda məni əyləyib nedirsən?
Ancaq mənə ərzü-mülkü mal et!Oğlunu özün kimi xəyal et!
Fərz eylə ki, malə oldu vali,Getdi, yenə qeyrə qoydu mali".
Ol kişvəri-eşq padişahı,Ol övci-bəlavü dərd mahı
Üzr ilə qılırdı eyləyib ah,Babasına şərhi-qəm ki, nagah
Lərzan oluban təni-həzini,Qan doldu qolundan astini.
Əl verdi atasına təhəyyür,Məcnun dedi: "Eyləmə təfəkkür!
Fəsd eylədi ol büti-pərizad,Niş urdu onun qoluna fəssad.
Ol zəxm əsəri göründü məndə,Biz bir ruhuz iki bədəndə.
Bizdə ikilik nişanı yoxdur,Hər birinin özgə canı yoxdur.
Sən sanma ki, oldur ol, mənəm mən,Bir can ilə zindədir iki tən.
Xürrəm oluram, ol olsa xürrəm,Qəm yetsə ona, mənə yetər qəm".
Ol pir çü vaqif oldu hala,İnsaf gətirdi ol kəmala.
Bildi ki, degil bu nəqş batil,Olmaz hiyəl ilə eşq zayil.
Minbə'd nəsihət etməz oldu,Tə'n ilə fəzihət etməz oldu.
Tərk etdi təriqeyi-nizain,Nomid olub eylədi vidain.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-leyli-ve-mecnun-53
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Könlüm açılır zülfi-pərişanını görgəc,Nitqim tutulur qönçeyi-xəndanını görgəc.
Könül, yetdi əcəl, zövqi-rüxi-dildar yetməzmiKönül, yetdi əcəl, zövqi-rüxi-dildar yetməzmi?Ağardı muyi-sər, sevdayi-zülfi-yar yetməzmi?
Könül, səccadəyə basma ayaq, təsbihə əl vurmaО душа моя, четок не трогай, на молитвенный коврик колен не склоняй.Не садись за трапезу с ханжами — им, усердно молящимся, не доверяй!
Könüldə min qəmim vardır ki, pünhan eyləmək olmazKönüldə min qəmim vardır ki, pünhan eyləmək olmaz,Bu həm bir qəm ki, el tənindən əfğan eyləmək olmaz.