Çün məkr ilə Qeysi-bədsərəncam,Bir neçə zaman keçirdi əyyam.

Tədbir ilə eşq zövq verməz,Tədbir diyari-eşqə girməz.

Eşq ilo riya degil müvafiq,Rüsvay gərək həmişə aşiq.

Dildən-dilə düşdü bu fəsanə,Faş oldu bu macəra cəhanə

Kim: "Qeys oluban əsiri-Leyli,Leyli dəxi salmış ona meyli".

Tədrici-məbadi ilə nagahLeylinin anası oldu agah,

Odlara tutuşdu, yasə batdı,Ol qönçədəhanə dil uzatdı.

Yanar od olub, çəkib zəbanə,Ol gülrüxə dedi yanə-yanə:

"K'ey şux! Nədir bu göftügulər,Qümaq sənə tə'nə eybculər?

Nəyçün özünə ziyan edirsən?Yaxşı adını yaman edirsən?

Nəyçün sənə tə'nə edə bədgu?Namusuna layiq işmidir bu?

Nazik bədən ilə bərgi-gülsən,Əmma nə deyim ikən yünülsən!

Lalə kimi səndə lütf çoxdur,Əmma nə deyim, üzün açıqdur.

Təmkini cünunə qılma təbdil!Qızsan, ucuz olma, qədrini bil!

Hər surətə əks kimi baxma.Hər gördügünə su kimi axma.

Mey gərçi səfa verir dimağə,Axdığı üçün düşər əyağə.

Güzgü kimi qatı üzlü olma!Nərgis kimi xiyrə göziü olma!

GÖzdən gərək olasan nihan sən,Ta demək ola sənə ki, cansən.

Sən şəm'sən, uymagil həvayəKim, şəm'i həva verər fənayə.

Lö'bət kimi öziinii bəzətmə,Rövzən kimi kuçələr gözətmə.

Sağər kimi gəzməgi həram et,Nəğmə kimi pərdədə maqam et.

Sayə kimi hər yerə üz urma,Heç kimsə ilə oturma, durma!

Sən sadəsən, özgə əhli-neyrəng,Cəhd eylə verilməsin sənə rəng.

Derlər səni eşqə mübtəlasən,Biganələr ilə aşinasən.

Sən qandanü eşq zövqi qandan?Sən qandanü dust şövqi qandan?

Oğlan əcəb olmaz olsa aşiq,Aşiqlik işi qıza nə layiq?

Ey iki gözüm, yaman olur ar!Namusumuzu itirmə, zinhar!..

Biz aləm içində niknamız,Mə'rufi-təmami-xasü amız,

Nə nəng ilə dəxi edəlim laf?Biz deməyəlim, sən eylə insaf!

Tut kim, sənə qıymazam məni-zar,Məndən ulu bir müdəbbirin var.

Neylərsən əgər atan eşitsə?Qəhr ilə sənə siyasət etsə?

Minbə'd gəl eylə tərki-məktəb,Bil əbcədini həmin cədü əb.

Etmə qələm ilə məşqdən yad,Suzən tutü nəqş eylə bürtyad.

Ətfaldan eylə qət'i-ülfət,Həmraz yetər yanında lö'bət,

Büt kimi bir evdə eylə mənzil,Olma dəxi hər yənayə mayil.

Ənqa kimi üzlət eylə pişə,Öylə rəviş eylə ki, həmişə

Gərçi adın ola dildə məzkur,Görmək səni ola qeyri-məqdur.

Xoş ol ki, qızı həmişə gizlər,Xud gizli gərək həmişə qızlər".

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов