Bu qəsidə padişahi-islam şə'nindədir
Что такое маснави?
Маснави: длинная поэма, где каждый бейт рифмуется внутри себя; обычно эпос или повесть.
Zəhi-kamil ki, əqli-nüktədan dərkində heyrandır,Vücudi-bimisali intixabi-növ'i-insandır.
Fələk bir dürc, onun zati-şərifi gövhəri-yekta,Cahan bir cism, onun hökmi-rəvani, filməsəl, candır.
Əsasi-hökmidir, mə'nidə bir səddi-Sekəndər kim,Onun Yə'cucdur bir yanivü bir yani insandır.
Binayi-qədrdir mə'nidə ol ali imarət kim,Müqəməs taği-gərdun ol imarətdən bir eyvandır.
Müzəffər daima Sultan Süleyman xani-adildirKi, hər kim tabeyi-fərmanı olmaz - namüsəlmandır.
Cahangiri ki, güntək mülk təsxirinə əzm etsə,Mühəqqər cilvəgahi ərseyi-İranü Turandır.
Səxi təb'i, mürüvvət pişeyi kim, bəhri-əltafıTəməvvüc qılsa mövcü fəqr bünyadinə tufandır.
Kəminə kimsəyə kəmtər ətasi hasili-dərya,Mühəqqər məclisə bəzli-həqiri bəhreyi-kandır.
Vücudi-pak ilə Həq rəhmətidir aləmə nazil,İtaot əhlinə göstərdiyi ədl ilə ehsandır.
Süleyman bargahidir yəqin heybətli dərgahiKim, onda divlər tabe, pərilər bəndəfərmandır.
Müəzzəm ləşkəridir bir bulud kim, düşmənə ondanFirəngilər sədası rə'd, toplar daşı barandır.
Səməndi səgridəndə lame' olmuş əxtəri-Saqib,Sipahi təprənəndə mövcə gəlmiş bəhri-Ümmandır.
Səfərdə çəkmək üçün həşmətü iqbal osbabın,Ərabə ərş lövhi, ordusu gərduni-gərdandır.
Zəmanində yetib cəm'iyyəti-əsbabə ariflər,Olub dərhənı həmin məhbublar zülft pərişandır.
Xəlayiq sübhtək xəndan olub mehri-cəmalindən,Dili-suzan ilə dövründə ancaq şəm' giryandır.
Həvadisdən məcazi-mülk tə'mirinə imkan yoxKəmali-ədl ilə ta mülkə Osman oğlu sultandır.
Bihəmdüllah, bu gün xövfü xətadan şər' namusunBulub tövfiqi-nüsrət saxlayan Sultan Süleymandır.
Nişani-feyzdir ol nüsrətü iqbal kim, halaNə yan kim, əzm qılsa rəhbəri tə'yidi-Yəzdandır.
Dilü candan Füzuli əzmi-iqbalinə ol şahın,Rizayi-Həqq üçün daim duaguyi-sənaxandır.
Çü oldur hamiyi-islam, vacibdir onun mədhi,Nə kim, mədhindən özgə söz demiş, ondan peşimandır.
İlahi, baqi olsun daim insanpərvər iqbaliCahani-fani içrə ta bəqayi-növ'i-insandır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-leyli-ve-mecnun-12
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Cam içrə mey ki, dairə salmış hübab ona,Ayinədir ki, əks salır afitab ona.
Qəm diyarında əcəl peyki güzar etməz manaQəm diyarında əcəl peyki güzar etməz mana,Yox sanıb varım məgər kim, e’tibar etməz mana.
Canımın cövhəri ol lə’li-gühərbarə fədaCanımın cövhəri ol lə’li-gühərbarə fəda,Ömrümün hasili ol şiveyi-rəftarə fəda.
Qəmzəsin sevdin, könül, canın gərəkməzmi sanaQəmzəsin sevdin, könül, canın gərəkməzmi sana?Tiğə urdun, cismi-üryanın gərəkməzmi sana?
Стихи других поэтов · Хвалебные
Daş barılar, qalalar,Bürclər durur yan-yana.
Şah-ı Mərdan didi şîr-i nər bənəmŞah-ı Mərdan didi şîr-i nər bənəmKim günəşdən dünyada əẓhər bənəm
Hekayeyi-eşqEşitdim mən ki, Məcnuni-diləfkar –Olunca mövti-Leyladən xəbərdar,
Əzəldən şah bizim sultanımızdırƏzəldən şah bizim sultanımızdır,Pirimiz, mürşidimiz, xanımızdır.