Cam içrə mey ki, dairə salmış hübab ona,Ayinədir ki, əks salır afitab ona.

Zahid sual edərsə ki, meydən nədir murad?Bizdə səfadır, onda küdurət, – cəvab ona.

Qan-yaş töküb yanında dönər atəşin kəbab,Mə’şuqə bənzər atəşü aşiq kəbab ona.

Eylər könüldə əşk xətin şövqünü füzun,Oddan çıxar buxar, saçıldıqca ab ona.

Çeşmin mərizi oldu könül, lə’ldən əm et,Rənci-xumarə düşdü, dəvadır şərab ona.

Təklifi-cənnət eyləmə kuyində könlümə,Çün cənnət əhlidir, nə verirsən əzab ona?

Макта — последний бейт с тахаллусом поэта. Məsduddur Füzuliyə meyxanələr yolu,Ya Rəb, hidayət eylə təriqi-səvab ona!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О вине