Pərtövi-hüsni-cəmalın aləmi pürnur edər
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Pərtövi-hüsni-cəmalın aləmi pürnur edər,Əhsəni-vəchi-xəyalın adəmi məsrur edər.
Ləli-canbəxşin əgərçi mürdə cismə can verir,Çeşmi-bimarın, nigara, canları rəncur edar.
Kilki-qüdrət alnına çün fəzli-bismillah yazar,Yəni rəhman surətin şeytanı gözdən dur edər.
Eyni-fəttanınla qaşın, zülfin, ey məhru sənəm,Neçə izzət əhlini pamal edübən xar edər.
Cəm degil, xeyli-xəyalın yıxsa, ey şəh, can evin,Çünki hüsnün gənci-eşqünlə anı məmur edər.
Ruxlərin şəminə can pərvaz edüb pərvanəvəş,Yandığınca saçların ol miskini məhcur edər.
Münşiyi-qüdrət yazar çün dəftərinin surətin,Xətti-tövqiünü ol dəm riqəyi-mənşur edər.
Hüsnünün təqvimini çün bağlar əhsən vəchilə,Xəttü xalinin rüqumi əbcədin məstur edər.
Həqşini pərgarinin nəqqaşi-surət yazacaq,Abu rəngin rəsm içində büt kibi məstur edər.
Макта — последний бейт с тахаллусом поэта. Ləlü lölönün Həbibi nəzm edəcək mədhini,Eşidən der bu Məsihadir ki, nəfhi-sur edər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/habibi-pertovi-husni-cemalin-alemi-purnur-eder
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Xabi-qəflətdən oyansun eşqi-dildar istəyən,Bülbüli-şuridə olsun vəsli-gülzar istəyən.
Könlümü həm dəmbədəm edər pərişan saçlarınKönlümü həm dəmbədəm edər pərişan saçların,Əqli qılur dəngü valeh, məstü heyran saçların.
Qamu cövri ki, cana, cana etdinQamu cövri ki, cana, cana etdin,Qamusun xub key mərdanə etdin.
Nə kövkəbdir bu, ya rəbb kim, Gün əşdən nuri rövşəndirNə kövkəbdir bu, ya rəbb kim, Gün əşdən nuri rövşəndir,Nə qəbqəbdir ki, ətrafı gülü reyhanü gülşəndir.
Стихи других поэтов · О любви
Rəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,
Hey yayaQaşı cəllad, gözü fitnə, cadukün,Bənzətmişəm məh camalın hey yaya.
هر شب صنما! که رای زی خنده کنیصد عاشق مرده را به لب زنده کنی
Hay mədədÇox çalışdım, mətləbimə çatmadımArzu mənim canda qaldı, hay mədəd