Qamu cövri ki, cana, cana etdin,Qamusun xub key mərdanə etdin.

Gözün qan ağladuğu, ey pəriruKi, hərdəm zülmünü insanə etdin.

Əlinə tiğ verdün iki məstin,Bu rəsmü adəti türkanə etdin.

Şu məst etdiklərin mehrab içindəGörən der: məscidi meyxanə etdin.

Şu can deyrində yaxdın iki şəmi,Cəhani yeksər atəşxanə etdin.

Çü zənciri saçuna şanə urdun,Tökəli aqili divanə etdin.

Cəmalin şəminə yanmağa hər dəmQamu can mürğünü pərvanə etdin.

Yüzün nətində xalin baydaqunuSürəldən şahları fərzanə etdin.

Saçunun bir qılın, ey müshəfi-can,Həzaran qisseyi-əfsanə etdin.

Könül mürğün giriftar etməgiçünŞu zulfu xali damü danə etdin.

Макта — последний бейт с тахаллусом поэта. Həbibi, qulağuna söylə yarın,Sözünü çünkü sən dürdanə etdin.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов