Araz sahilindən yolum düşəndə,Bir an həyəcansız keçə bilmirəm.Nələr olduğunu o biri taydaÇox gözəl bilirəm, necə bilmirəm?!

Eşitsin səsimi bacım, qardaşım,Hicran yollarında ağardı başım.Damır ürəyimə yenə göz yaşım,Gündüzü gecədən seçə bilmirəm.

Özgələr su içir bulaqlarından,Fəryadlar yüksəlir ocaqlarından.Niyə qollarından, ayaqlarından,Paslı zəncirləri aça bilmirəm.

Mənim o sahilsiz həyatım yoxdur,Vüsalından böyük muradım yoxdur.Niyə quşlar kimi qanadım yoxdur,Niyə o sahilə uça bilmirəm?!

Mənə gəl-gəl deyir Təbriz, Miyana,Sən necə baxırsan, Arazım buna!Ürəyim yananda sənin suyunaGöz yaşı qatmasam, içə bilmirəm!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине