Təbrizdən ayrılarkənqardaşımdan eşitdiklərim

Məni yalqız qoyub hara gedirsən,Bax bu göz yaşıma, amandır, getmə!Dərdli könlümdəki xoş arzularıMübarək əlinlə oyandır, getmə!

Sənsən ürəyimə, ruhuma sirdaş,Qaralar geyəcək sən getsən dağ-daş.Qurbanam gəldiyin yollara, qardaş,Əməllərim sənə əyandır, getmə!

Sənə göz dikmişdir bu el, bu oymaq,Üzünə baxmaqla mümkünmü doymaq?Sən öz evindəsən, deyilsən qonaq,Bağrı bu ellərin al qandır, getmə!

Zülm ilə tapdandı gül bağım mənim,Söndü ayım, günüm, çırağım mənim.Sənsən yaman gündə dayağım mənim,Getsən yerim yenə zindandır, getmə!

Demirəm, yaş töküb halıma ağla,Doğma qardaşınam yadında saxla.Özün öz əlinlə yaramı bağla,Göz yaşım dəryadır, ümmandır, getmə!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине