Dinlə mənim, ey təbrizli qan qardaşım,Bağrı yara can sirdaşım.Nə qədər ki, hicran kəsib yolumuzu,Sağımızı, solumuzu.Nə qədər ki, qələm tutur dərdimizi yazan əlim,“Yorulmuşam” kəlməsini lüğətimdən pozan əlim.Nə qədər ki, sönməyibdir ürəyimin odu, közü,Vüsal adlı diləyimin odu, gözü.Nə qədər ki, dünyamızı aydın, açıq görür gözüm,Nə qədər ki, ürəklərdə yuva salır şerim, sözüm,Nə qədər ki, öz yerində durur ürək,Həsrətinlə vurur ürək.Nə qədər ki, vüsalına yetməmişəm,Nə qədər ki, son mənzilə getməmişəm,Qoyma qalsın ürəyimdə bu arzu, bu həvəs, qardaş,Tələs, qardaş,Bircə ovuc torpaq göndər Bakıdakı qardaşına,Səni səndən artıq sevən sirdaşına,O torpağı məhəbbətlə bu torpağa qatım bağda,İllər boyu bəslədiyim xoş arzuma çatım bağda,Bəlkə bir az vəslə möhtac, hicran yüklü can dincəlsin,Bahar çağı bağçamızdan təbrizimin ətri gəlsin.Gəl qardaşım, qardaşını gəl dolandır öz başına,Çox demirəm, bircə ovuc torpaq göndər qardaşına!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке