Təbrizli bağlarda soldu gül-çiçək,Ağla, gülüm, ağla çiçəyim, ağla.İllərdir üzümə yollar bağlıdır,Araz şikayətli küləyim, ağla.

Qoy yenə dilimdən od-alov saçım,Bu sahil toxumdur, o sahil acım.

Çörəyə həsrətdir, qardaşım, bacım,Ağla, süfrəmdəki çörəyim, ağla.

Bilir nisgilimi bu el, bu ölkə,Ürəyim çətin ki, bu dərdi çəkə,Mən vüsal gününü görmədim bəlkə,Ağla, Araz gözlü ürəyim, ağla!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке