Mənə elə gəldi ki, sənsiz keçinərəm mən,Yanıldım, ey sevgilim, qəlbimdən köçmədin sən.Gecələr gözlərimdən şirin yuxum çəkildi,Nigaran baxışlarım eyvanına dikildi.Ürəyini oxudum kitabtək varaq-varaq,Əsgərtək küçənizdə aramsız döydüm ayaq.

İncə yarpağa döndü kobud çəkməmin altı,Sandım ki, sənsən gələn görüncə bir qaraltı.Yol çəkən gözlərimlə daradım yollarını,Aradım yollarını.Gəl bu hicran selinin qabağını kəsək biz,Gəl, gəl, bir-birimizçün yarpaq kimi əsək biz,Adımızı o dilsiz daşlara yazmasınlar,Sənsiz keçən günləri ömrümə yazmasınlar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви