Bir komada balasına layla çalır bir ana,Dərdlərini sanki bir-bir yada salır bir ana.Bu laylada sakit axan bulaqların səsi var,Bahar çağı pıçıldaşan yarpaqların səsi var.Bu laylanı uzaqdanÜrəyimin qulağıyla eşidirəm bayaqdan.Bir igidin balasıdır bu körpə,Bir şəhidin balasıdır bu körpə.Yaxşı fikir verirəm,Mən tanışam bu laylanın hər sözüyləTəbrizdəki o daxmada beşiyi də görürəm,Qana dönmüş ürəyimin gözüylə.Bu laylanın hər səsindəSanıram ki, mənə doğma bir mahnının sətri var.Bu laylanın nəfəsindəTarlaların, meşələrin, çəmənlərin ətri var.Ehtiyac yox suala,İnanın ki, bu laylaİgidlərin adını,Şəhidlərin adınıGizlinəKörpəciyin qulağına pıçıldayır hər gecə.Bu laylada bir xalqın, bir vətəninQövr eləyən yaraları göynəyir.Çiçəyinə qan çilənmiş çəməninBülbülləri qəm yeyir.Mürgüləyən körpənin gülümsəyir gözləri,Nəsə deyir gözləri.Eşitsin ana Vətən,Bilirəm bu sirri mən:Körpə sabah öz əliylə,Xalqın böyük əməliyləQuracağı dünyasından razıdır,Anasının laylasından razıdır!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе