Biz gedirik azadlıqçün döyüşə,Sinələri dağlamayın, analar!Şəhid olsaq yaşarmasın gözünüz,Başa qara bağlamayın, analar!

Bir vaxt deyib-gülənlərin yasını,Düşmən bağrı dələnlərin yasını,

Bu günlərçün ölənlərin yasını,Uzun illər saxlamayın, analar!

Unudulmaz azadlıqçün ölənlər,Bizi anar bizdən sonra gələnlər –Bizim kimi el qədrini bilənlər,Ağlamayın, ağlamayın, analar!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов