Təbrizli analar
Mən təbrizli analara bələdəm,Fəxrimdir bu əziz, qoçaq analar.Körpəsinin beşiyinin başında,Sübhə qədər qalar oyaq analar.
Məhəbbəti çiçəklənər ilk gündən,Zərrə bezməz öz analıq yükündən.Balasına namərdliyi kökündənSaf südüylə edər yasaq, analar.
Hər kəlməsi, hər sözü gül qoxuyar,Laylasını diləklərdən toxuyar.Ürəklərdən keçənləri oxuyarKitab kimi varaq-varaq, analar.
Xata çıxsa övladının əlindən.İnsanlara ziyan dəysə dilindən,Üz döndərsə vətənindən, elindənKandarına basmaz ayaq, analar.
Ta əzəldən dar günündə ellərin,Qarşısına sinə gərər sellərin.Nəfəsini kəsər qara yellərin,Dayaqlara olar dayaq, analar.
Qan axarkən Təbrizdə su yerinə,Döyüşlərdə ürək verər ərinə.Nalə çəkib, şəhidlərin qəbrinəGüllər səpər qucaq-qucaq, analar!
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-tebrizli-analar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu əvəzsiz, bu gözəlDiyar ürəyimdədir.
Dədələr, babalar ocağındayamKönlümdə bir dərya nəcib arzular,Yenə dərdli Araz qırağındayam.
Cavab verməliyəmMən atayam, sən – oğul, xalqımın qarşısındaHər bir hərəkətinçün cavab verməliyəm mən.
VətəndaşMən vətəndaş adlanmaram, doğrusuVətənimin qeyrətini çəkməsəm.
Стихи других поэтов · О природе
Mən fələyin şərbətini içmişəm,Həmdəm olan, gəl halımı gör nədir,
QurbanBu gün bir qönçə ləb yarı sevmişəm,Dəhanında tuti dillərə qurban,
Kiçik şəhərArazdan arx gəldi, su gəldi Milə,Bir ilə salındı kiçik bir şəhər.
Müstəzadای باد صبا حال من خسته ناشاد – با عجز گداییتقریر بکن بر شه آن حسن خدا داد – از بهر خدایی