Kiçik şəhər
Arazdan arx gəldi, su gəldi Milə,Bir ilə salındı kiçik bir şəhər.Yer qazdı, daş yondu insan əliləDayandı üz-üzə aynabənd evlər.
Hər ev qabağında kiçik bir bağ da,Yazın oğlan vaxtı gül açdı rəng-rəng.Dünən qamış bitən qara torpaqda,Bu gün şəfəq kimi sayrışdı çiçək.
Hopduqca səhranın gövdəsinə su,Tərlədi qaxsımış bir bədən kimi.Yerdə çiçək açdı yerin arzusu,Sevindin, oxucum, sən də mən kimi.
Gürzələr, şahmarlar Araz boyuncaPaslı qılınc kimi çəkildi qına.Yaşıl məxmər kimi döşəndi yoncaVətən qızlarının ayaq altına.
Mildəki qarağan, yovşan yerinəÇinarlar boy atdı cərgələnərək.Ağaclar bənzədi biri-birinəBir ana südünün övladları tək.
Sünbüllər dirçəlib, qalxdı ayağa,Yaşıl zəmilərə döndü yamaclar.Ceyran sürüsünü çəkdi uzağa,Uçuşub bağlara doldu turaclar.
Açıb yaxasını bir insan kimi,Meşə kölgəsində səmidi hava;Radio dil açdı bir dastan kimi.Gah Bakı danışdı, gah da Moskva.
Sovxoz direktoru oyandı səhər,Başında fikirlər çıxdı eyvana.Ayağı altında bir kiçik şəhər,Baxdı səhra boyu, baxdı hər yana.
Düşündü, düşündü bizim qəhrəman,Qurduğu şəhərə baxdı vüqarla;Elə bil nur yağdı baxışlarından,Sabahı düşündü o, iftixarla…
Sabahı seyr etdi öz nəzərilə,Bir anda fikrindən yüz illər keçdi.Bu kiçik şəhərin küçələriləGözündən nə qədər nəsillər keçdi…
Kitabxana.az · https://kitabxana.az/ru/works/vurgun-kicik-seher
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Siz ey dost olduğum, qardaş olduğum,Siz ey hər sirrinə sirdaş olduğum,
MoskvaSən ey xəyalilə deyib güldüyüm,Qədrini canımdan əziz bildiyim.
OktyabrSən ellər toyusan, ellər bayramı,Könüllər mülkünün laləzarısan.
Ukrayna partizanlarıDe, kimdir gecənin bağrını dələn?Düşmənin üstünə ley kimi gələn?
Стихи других поэтов · О природе
Sərdi qanadlarını yerə, xəbərsiz axşam,Həyətdəki bağçaya baxıram pəncərəmdən.
Hac havasındaMillət boğulurkən vətənin ac havasında,Məmurlarımız yallı gedir tac havasında.
Gəlir keçərEy dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,
Səndə, ey Qafqaz, ey gözəl gülzarƏlibəy Hüseynzadə hazrathrinin Qafqasiyada mühacirəti münasibatilə təhəssürat*Səndə, ey Qafqaz, ey gözəl gülzar,