Sən ey xəyalilə deyib güldüyüm,Qədrini canımdan əziz bildiyim.Tarixlər şahidi qocaman şəhər!Nədir qəlbindəki o döyüntülər?Başından əssə də min acı külək,Dayanmaz sinəndə çırpınan ürək.Dayanmaz yayından atılan oxlar…Tarixin ağ saçlı bir qanunu var:Zülmət oynasa da bir an göylərdə,Tutulmaz günəşin üzünə pərdə.Kəmənd də atılmaz axar sulara,Həqiqət çəkilməz boğazdan dara.İnsanlıq eşqilə düşünən bir başYaranmış yerlərə, göylərə sirdaş…Sən, qızıl Moskva! Sən, gözəl şəhər!Sənin şöhrətinlə ucalır bəşərBir ana qoynudur isti qucağın,Qəlbə mehribandır odun, ocağın.Səninlə duz-çörək kəsdiyim gündənSən mənim anamsan, öz balanam mən.Moskva! — Nə qədər doğmadır bu səs,Doğmalar dar gündə yad ola bilməz!..

Moskva basılmaz sənin qüdrətin.Canlı heykəlisən əbədiyyətin!Mənim rus qardaşım, səndəki vüqarNəsildən-nəsilə qalmış yadigar.Leninin yurdudur sevdiyin vətən,Puşkinin şerilə ucalmısan sən.Ürəyin genişdir, kamalın dərin,Bilirsən dilini çətinliklərin.Azadlıq çırağı əlində yanır.Hünərin qəlbində, dilində yanır.Onu tufanlar da söndürə bilməz,Moskva! — Nə qədər böyükdür bu səs…Son qızıl Moskva! Sən, gözəl şəhər!Sənin şöhrətinlə ucalır bəşər.Sənsən ölkəmizin fikri, diləyi,Ayırmaq olarmı candan ürəyi?!Qoy daşın, torpağın qalxsın ayağa!Hər insan ürəyi dönsün bir dağa!Hər oğlun, hər qızın bir əsgər olsun.Hər igid sinəsi bir səngər olsun!Sənin dövlətinə göz dikən alçaqYalnız öz ömrünə qəbir qazacaq!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов