Həyat eşqi
Siz ey dost olduğum, qardaş olduğum,Siz ey hər sirrinə sirdaş olduğum,Gül üzlü səhərlər, şehli çiçəklər,Ey həyat aşiqi canlı ürəklər!Bizim hər eşqimiz hökmü əzəldir,Yaşamaq şirindir, həyat gözəldir.
Sən ey ana vətən, ey ana torpaq,Sən ey san sünbül, ey yaşıl yarpaq,Eşqimiz yaşayır qəlb otağında,Hər gül ağacının bir budağında,Bülbüllər özünə yuva düzəldir,Yaşamaq şirindir, həyat gözəldir.
Siz ey şərəfinə şeir qoşduğum,Şahin vüqarına baxıb coşduğum,Koroğlu yurdunun mərd insanları,Siz ey sənətimin qəhrəmanları.Şeirlər demişəm mən sizə bir-bir,Yaşamaq şirindir, həyat gözəldir.
Gəlir ölüm səsi, fəlakət divi,Yanır od içində həyatın evi.Qoy insan aşiqi hər duyan ürək,Atılsın meydana şir tək, pələng tək.Hər odu, yanğını söndürən əldir,Yaşamaq şirindir, həyat gözəldir.
Gəl qardaş! Çağırır bizi bu torpaq,Ölümün gözünə nizələr sancaq.Qərq olub getsək də qanlar gölündə,Həyatı qoymayaq ölüm əlində.Yaşamaq ən gözəl, ən xoş əməldir,Yaşamaq şirindir, həyat gözəldir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vurgun-heyat-esqi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Axşamdan bəridir könlümdə yenəHirsli fırtınalar, qasırğalar var.
DönüşAh, nə zaman ki, duyğularım ac,Gözlərim səmimi bir şerə möhtac,
Bir az gülmək üçünSöylə sən ey, təbiət! Yoxmu sənin günəşin?Bu qaranlıq gecələr həmişəlikmi əşin?
Mən hazıram (Səməd Vurğun)Bu gün mənimSağlam bədənimdə qan-tərə batan
Стихи других поэтов · О любви
Vahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.
MənəGün tək parladı, çıxdı qəsrdən,Gözümə göründü mahtab mənə,
EylərEy ağalar məni niyə qınarsızEyləsə dərdimə bu dərman eylər
Naz et, dedim gözələ, işvələr azdırNaz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?