Axşamdan bəridir könlümdə yenəHirsli fırtınalar, qasırğalar var.Çox da uymayıram könlüm deyənə,Gözlərim hər şeydə bir hikmət arar.İçim dalğalanır sanki bir dəniz,Mən bu dalğalarla qucaqlaşıram,Nələr düşünürəm, duya bilsəniz!Sanki varlığımdan uzaqlaşıram...Bəzən də fikrimin qanadlarınıKüləklər qoparıb, qaldırır göyə.Sürürəm əsrimin qır atlarını,"Bu axın başqa bir axındır", - deyə,Bütün arzularım gülür yarınaXəyaldan ilhamlar almamaq üçünBaxıram Leninin kitablarınaDəstədən geridə qalmamaq üçün.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов