Dönüş
Ah, nə zaman ki, duyğularım ac,Gözlərim səmimi bir şerə möhtac,Dolanır günlərim;Duyuram bəzənGizli varlığını kölgələr gəzənYapma bir gözəllik..Xəstə bir əməl...O çağırır məni, söyləyir: gəl, gəl!Yazıq bilməyir ki, unutdum onu,O sonsuz gecənin yox imiş sonu.Haydı get!..İndi mən uzaqlarda təkYaşaram; kimsəsiz yaxamdan əl çək!Sənin xəyalınla od tutub yanmaq,O yalan varlığa bir də inanmaqNə qədər gülüncdür.Şöhrətinlə sənYenidən qəlbimə hökm edə bilsənMən bu həqiqətə təslim olmaram.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vurgun-donus
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Belə deyirlər ki, səndə "hünər" var...Bacaran insanın gözü dar olmaz.
BülbülBülbül! Səhər-səhər qonaq budağa,Günəşin eşqinə bir dastan qoşaq!
BənövşəYazın novbarısan bizim diyarda,Qıvrım tellərini sana, bənövşə!
Səhər-səhərSəhər-səhər seyrə vardım qızıl gülün yanağını,Açdı könlüm şirin-şirin nəğməli ney dodağını.
Стихи других поэтов
Səd heyf, əzizan, belə mərdanə cəmaət,Görməyibdilər eşqi-mey-ü-meyxanə, cəmaət.
Sirri-eşqi demək olseydi, nihan etməz idimSirri-eşqi demək olseydi, nihan etməz idim,Dəxi gizlin bu qədər ahu fəğan etməz idim.
BənzərsənSüsənli, sünbüllü, tər bənövşəli,Yaylaq, bizim yaylaqlara bənzərsən.
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.