Sovqat
Sevgilim, qış gəlir, şaxta düşəcək,Yenə axar çaylar buz tutacaqdır.Yenə çapırdacaq atını külək,İsti ocaqları soyudacaqdır.
Ağzını qurd kimi ayıracaq qış,Bir də qıcayacaq ağ dişlərini.Dümağ geyindikcə o başı batmış,Yenə qar basacaq dağ döşlərini.
Sənsə cəbhədəsən belə bir gündə,Tüfəngin dabanda bir döyüşçüsən.Vətən məhəbbəti olan köksündəMənim də eşqimi yaşadarsan sən.
Bir corab, bir əlcək, bir isti köynək,Bir də ki, yun başlıq göndərirəm, al!Səni qılınc kimi kəsməsin külək,Sən də nərə çəkib, qılıncını çal!
Gey bütün bunları şaxtada, qarda,Gey ki, əl-ayağın üşüməsin heç.Əynin isti qalsın, fırtınalarda,Cəbhədən şir kimi sən atlanıb keç.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vurgun-sovqat
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sınamışam dönə-dönə bu dünyada baxtımı,Heç ömrümdə məna karşı doğru bir göz baxdımı?
BaharMən səni gördükcə gözlərim yanır,Sən ey gəncliyimin güzgüsü bahar!
Komsomol marşıBir yeni qüvvətlə sıçradıqca sənBaxır qüdrətinə sevinir Vətən.
CinayətSəbəbsiz deyildir nə ölüm, nə qan,Nə sevda, fırtına, nə dağda duman;
Стихи других поэтов
Əyyami-nəhsdə qəmər əqrəbdəBir neçə kəslərə siyasət oldu,
Müsəmmən: Əlminnətü lillah ki, murad oldu müyəssərƏlminnətü lillah ki, murad oldu müyəssərBəzm içrə mənə uğradı rəna iki dilbər
Milli marşVurulur meydanda sinci-dəf,Vurulur meydanda sinci-dəf,
Pəltək adamın dilindənŞə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur