Cinayət
Səbəbsiz deyildir nə ölüm, nə qan,Nə sevda, fırtına, nə dağda duman;Bütün fəlakəti yaradır "insan",Mən bu həqiqəti səndən öyrəndim.Bəlkə sayıqladan məni azardır,Başıma gen dünya yenə də dardır.İçimdə gizli bir"cinayət" vardır...Nə qədər alçalıb, nə qədər endim,Mən bu həqiqəti səndən öyrəndim.Parçalan, ey qəlbim! Bir dəfə sökül!Xəstə yarpaq kimi ovxalan, tökül!Bəlkə zədələndi o dərdiyim gül...Artıq öz-özümə baxıb iyrəndim,Mən bu həqiqəti səndən öyrəndim.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vurgun-cinayet
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Ey qaşi kaman, kirpiyi ox, ləbləri mərcan,Şəhd-i ləb-i ləlin mən-i biçarəyə dərman,
NədiBar ilahim divan buduYetişə dada, nədi?
Qəzəl: Xub yetişdin yaxşı aldın könlümü ey yar-heyXub yetişdin, yaxşı aldın könlümü ey yar-heyEy dolanım başına, ey nazin dildar-hey
Gedər derlər, gedər derlərBənim könlüm alan dilbər,Gedər derlər, gedər derlər.