Bir qəlb ki, çalxalanar, hər zaman coşar,Tufanlar keçirən dəryaya bənzər.Qafqazda çırpınar, Altaya qoşar,Dağlardan atılan bir yaya bənzər.Of... bu yerlər yazıq ruhuma dardır,Kəsilmiş yollarım dumandır qardır.Vaxta ki, bu hüdud, bu sərhəd vardır,Ömür dedikləri röyaya bənzər.Sən ey mərhəmətsiz, duyğusuz, casus!Ey sərvət dünyası, sən sürün, sən sus!Bəşər qardaşlığı tərk etmiş, əfsus!Hər əməl dumanlı xülyaya bənzər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов