Hürmüz və Əhrimən
Azərbaycan, gözəl bir yaz… Həyat bolluq, işıq çoxdur,Qaranlıqdan, əsarətdən, xəyanətdən nişan yoxdur.Baharın qəlbi gümrahdır, gülür hər şey səadətlə;Ocaqlar yandırılmışdır, keçir dövran ziyarətlə.Qədim dağlar qucağında şəhərlər, qələlər vardır,Zaman keçmiş… Həyat başqa… Fəqət, dağlar o dağlardır!Çəmən sevdalı bir qızdır, o tac qoymuş çiçəklərdən,Müqəddəsdir yerin ruhu, yaranmışdır ürəklərdən…Buludlar sallanıb bəzən öpər dağlar camalından,Günəş ilham alıb parlar göyün sonsuz kamalından.Çatılmış varlığın alnı… Fələklər min xəyal eylər,Baxıb heyrətlə hər insan zamandan bir sual eylər…Axar çaylar, sular çağlar, dayanmaz kainat bir dəm,Bu gün matəm, sabah bayram, əzəldən böylədir aləm…Əsər ruzgar, qopar yanğın uğursuz bir qığılcımdan,Ömür keçdikcə odlardan, alovlardan keçən insan.Gələr Zərdüşt, deyər bəzən: — Mənim öz ehtişamım var,Bəşər qəlbi müqəddəsdir, bu qüdsiyyətdə kamım var…Ölüm iblisə layiqdir, həyatdır ən şirin nemət,Qaranlıqdan uzaqlaş ki, işıqdır ən böyük ziynətÇalış, qəlbin saf olsun ki, təmizlikdir sənin hüsnün,Bütün ömründə zəhmətsiz, hünərsiz keçməsin bir gün…Gözəl sözlər gözəldirsə, azadlıq min hünər istər!Əməl uğrunda candan keç, özün mərdanəlik göstər!Dönükdür dövranın hökmü, sən öz simanı saf saxla!Səadatdən, məhəbbətdən danışma hər bir alçaqla!Bir "Allah" adlanan eşqi son öz qəlbində axtarsan,Özün öz hüsnünü tapsan — ölüb getsən də sən varsan!Zamanın nəbzini tut ki, nə canandan, nə candan tut,Nəyin vardırsa aləmdə sən öz simana qalxan tut…Ölüm qorxar cəsarətdən, həyatın şəni qüdrətdir;
Kitabxana.az · https://kitabxana.az/ru/works/vurgun-hurmuz-ve-ehrimen
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Günəşlər, aylar, ulduzlar vüqar ilə dolaşdıqca,Müzəffər ordumuz hər gün dənizlər, dağlar aşdıqca,
Şair, nə tez qocaldın sən?!Bülbül olub düşdüm bağa,Nalə çəkdim sola, sağa.
Təzə il sovqatıBu gün daha bəxtiyardır sinəmdə ürək,O, "yaz!" deyir, "yarat!" deyir mənə müttəsil.
Qəhrəmanın ölümüBütün Bakı fikirdədir, göy sükutda, dəniz lal...Nə meh əsir, nə titrəyir ağacların yarpağı.
Стихи других поэтов · О природе
Nə əcəb xub yaradıb həsnini Tarı bu qızın,Nə əcəb gülşənə bənzər gül üzarı bu qızın,
BuludDağda meşələrə çökən sükutGəlib ağır-ağır bir topa bulud
Bu dala, baxSağ dəstində qızıl şanə sevdiyimDarar, zülfün tökər bu dala, bax, bax!
Yari görgəc der idim əvvəl ki, yarımdur mənimYari görgəc der idim əvvəl ki, yarımdur mənim,Bildim axir kim, bəlayi-ruzigarımdur mənim.