Хосров и Ширин, глава 7
Что такое маснави?
Маснави: длинная поэма, где каждый бейт рифмуется внутри себя; обычно эпос или повесть.
چو سلطان جوان، شاه جوانبختکه برخوردار باد از تاج و از تخت
سریرافروزِ اقلیم معانیولایتگیرِ ملک زندگانی
پناه ملک، شاهنشاه طغرِلخداوند جهان سلطان عادل
ملک طغرل که دارای وجود استسپهر دولت و دریای جود است
به سلطانی به تاج و تخت پیوستبه جای ارسلان بر تخت بنشست
من این گنجینه را در میگشادمبنای این عمارت مینهادم
مبارک بود طالع نقش بستمفلک گفتا مبارک باد و هستم
بدین طالع که هست این نقش را فالمرا چون نقش خود نیکو کند حال
چو نقش از طالع سلطان نمایدچو سلطان گر جهانگیر است شاید
ازین پیکر که معشوقِ دل آمدبه کممدت فراغت حاصل آمد
درنگ از بهر آن افتاد در راهکه تا از شغلها فارغ شود شاه
حبش را زلف بر طمغاج بنددطرازِ شوشتر در چاج بندد
به باز چتر عنقا را بگیردبه تاجِ زر ثریا را بگیرد
شکوهش چتر بر گردون رساندسمندش کوه از جیحون جهاند
به فتحِ هفت کشور سر برآردسر نه چرخ را در چنبر آرد
گَهش خاقان خراجِ چین فرستدگَهش قیصر گزیتِ دین فرستد
بحمدالله که با قدرِ بلندشکمالی در نیابد جز سپندش
من از شفقت سپند مادرانهبه دود صبحدم کردم روانه
به شرط آن که گر بویی دهد خوشنهد بر نام من نعلی بر آتش
بدان لفظ بلندِ گوهرافشانکه جان عالمست و عالم جان
اتابک را بگوید کای جهانگیرنظامی وانگهی صد گونه تقصیر
نیامد وقتِ آن کاو را نوازیم؟زِکارافتادهای را کار سازیم؟
به چشمی، چشم این غمگین گشاییم؟به ابروییش از ابرو چین گشاییم؟
ز مُلکِ ما که دولت راستْ بنیادچه باشد گر خرابی گردد آباد؟
چنین گویندهای در گوشه تا کی؟سخندانی چنین بیتوشه تا کی؟
از آن شد خانهٔ خورشید معمورکه تاریکانِ عالم را دهد نور
سخای ابر از آن آمد جهانگیرکه در طفلی گیاهی را دهد شیر
کنون عمری است کاین مرغِ سخنسنجبه شکر نعمت ما میبرد رنج
نخورده جامی از مِیخانهٔ ماکند از شُکرها شکرانهٔ ما
شفیعی چون من و چون او غلامیچو تو کیخسروی کمتر ز جامی
نظامی چیست این گستاخروییکه با دولت کنی گستاخگویی؟
خداوندی که چون خاقان و فغفوربه صد حاجت دری بوسندش از دور
چه عذر آری تو ای خاکیتر از خاک؟که گویایی درین خط خطرناک
یکی عذر است کاو در پادشاهیصفت دارد ز درگاه الهی
بدان در هر که بالاتر، فروترکسی کهافکندهتر گستاخروتر
نبینی برق کهآهن را بسوزدچراغ پیرهزن چون برفروزد؟
همان دریا که موجش سهمناک استگلی را باغ و باغی را هلاک است
سلیمان است شه با او درین راهگهی ماهی سخن گوید گهی ماه
دبیران را به آتشگاه سباکگهی زر در حساب آید گهی خاک
خدایا تا جهان را آب و رنگ استفلک را دور و گیتی را درنگ است
جهان را خاصِ این صاحبقَران کنفلک را یار این گیتیستان کن
مُمَتِّع دارش از بخت و جوانیز هر چیزش فزون ده زندگانی
مبادا دولت از نزدیک او دورمبادا تاج را بیفرق او نور
فراخی باد از اقبالش، جهان راز چترش سربلندی، آسمان را
مقیم جاودانی باد جانشحریم زندگانی آستانش
Dünya padişahı bəxtiyar xaqanBarınsın dünyada təxtü tacından.
Məna aləmində təxti bəzədən,Bu həyat mülkünü bütün fəth edən,
Dövlət səmasıdır, səxa dənizi,Hər bir sözündə var mərhəmət izi.
Şahların şahıdır, vüqarlı, adil,Adı Toğrul şahdır, özü rəhmdil.
Təxtü taca çatdı, səltənət qurdu,Arslan şah yerində təxtə oturdu.
Qoyarkən bu evin binasını mən,Cavahir çıxardım bu xəzinədən,
Mən naxış salarkən tale yar oldu,Fələklər də mənə duakar oldu.
Naxşın gələcəyi bu taledədir,Öz naxşıtək tökər mənə də tədbir.
Şahın şərəfinə salınan butaLayiqdir şah kimi aləmi tuta.
Sevdiyim əsəri qurtarıb tamam,Az müddət içində başa vurmuşam.
Yolda gecikdim ki, könül pənahım,İşlərin qurtarsın sevimli şahım.
Tamğaçı bağlasın həbəşi saça,Şüştər zinətini bağlasın Çaça.
Çətir tərlanıyla tutsun ünqanı,Qızıl tacla tutsun o, sürəyyanı.
Onun böyüklüyü göylərə çatsın,Atını Ceyhundan özü sıçratsın.
Gücünə əyilsin düz yeddi ölkə,Ağalıq eyləsin doqquz fələkə.
Göndərsin xaqanlar xəracı Çindən,Qeysərlər cizyəni Rum ellərindən.
Şükr olsun allaha, ona, bilirik,Toxunmaz yaman göz, yanar üzərlik.
Mənim də şəfqətdən üzərliyimiKaş aparsın ona sabah nəsimi,
Ümidvaram, ətri xoş olsa əgər,Əvəzində o da məni əzizlər.
O, aləmin canı, o, can aləmi.Gövhərlər sərrafı, dünya alimi
Desin: - Ey Atabəy, sən, ey cahangir!Axı, Nizamiylə bu rəftar nədir?
Belə söz ustadı nə zamanadəkQalsın bir guşədə yoxsulluqda, tək?
Məgər yetişməyib hələ də zaman,Ona hörmət edib əziz tutasan?!
Bir baxışınla aç qəmli gözünü.Qaşını bir tərpət, güldür üzünü.
Gecə Məhsətinin bir qəzəlinəSən ki, bəxş edirsən yüz-yüz xəzinə.
Bir xırman bəxş etsək ona biz əgər,Varımız əksilməz bir arpa qədər.
Var-dövləti daşan bu mülkümüzdənBir xaraba abad olmasın nədən?
Günəş saçdığıyçün qaranlığa nurOnun öz sarayı abad olmuşdur.
Ota körpəlikdə bulud süd verir,Odur ki, şöhrəti dünya qədərdir.
İndi bir ömürdür bu xoş ötən quşŞükür - nemətliklə zəhmətdə olmuş.
Əl vurmamış hələ piyaləmizə,Min təşəkkür edir, ancaq ki, bizə.
Sən kimi Keyxosrov, piyalədən az,Elə bir qulama şey bağışlamaz.
Göylərin təxtindən yüksək bir başaNəvaziş göstərmək heç çıxmaz boşa.
Nizami, bu rəftar bu qılıq nədir?Elə şaha qarşı qabalıq nədir?
O elə bir şahdır, onun hər zamanQapısını öpür Fəğfurla Xaqan.
Ey torpağa düşmüş bir parça torpaq!Bu sözlərçün hansı üzrün olacaq?
Olsa, bir üzrün var: haqq dərgahınaÇox bənzəri vardır, deyərsən ona.
O yerdə yüksələn alçalar, bişəkk.Getdikcə sərtləşər alçalan, gerçək.
Dəmiri yandıran ildırım gecəGör qarı şamını yandırır necə?
Dalğaları qorxunc böyük dənizlərBir gülə nuş olar, bir bağa zəhər.
Süleymandır, bizim şaha baxsana,Gah balıq söz deyir, gah da Ay ona.
Dəbirlər zərgərlik kürələrindənQızıl da götürür, torpaq da bəzən.
Durduqca dünyanın bu suyu, rəngi,Yerin sakitliyi, göyün ahəngi
Bu dünyanı əsrin sahibinə ver.Köməkçisi olsun onun göylə yer.
Taledən, gənclikdən xeyli barınsın,Bir uzun ömür ver ona, yarınsın.
Heç əskik olmasın dövləti, varı,Onsuz sönsün tacın parıltıları.
Taleyindən bolluq dünyanı alsın,Cəlalından onun göylər ucalsın!
Kitabxana.az · https://kitabxana.az/ru/works/nizami-xosrov-ve-sirin-7
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Вновь забвенья хочу! Дай мне, кравчий, вина,Чтоб сверканьем была эта чаша полна!
Шараф-наме, глава 15بیا ساقی آن شربت جانفزایبه من ده که دارم غمی جانگزای
Шараф-наме, глава 16И везира призвал царь великого Рума,Чтоб открыть ему все, что таит его дума.
Шараф-наме, глава 17بیا ساقی از می مرا مست کنچو می در دهی نُقل بر دست کن