به فرخ‌فالی و فیروزمندیسخن را دادم از دولت بلندی

طرازِ آفرین بستم قلم رازدم بر نامِ شاهنشه رقم را

سر و سر خیل شاهان شاه آفاقچو ابرو با سری هم‌جفت و هم‌طاق

ملک اعظم اتابک داور دورکه افکند از جهان آوازه جور

ابوجعفر محمد کز سرِ جودخراسان‌گیر خواهد شد چو محمود

جهانگیرآفتابِ عالم‌افروزبه هر بقعه قِران‌ساز و قرین‌سوز

دلیل آن کآفتاب خاص و عام استکه شمس‌الدین‌و‌الدنیاش نام است

چنانچون شمس که‌انجم را دهد نوردهد ما را سعادت چشم بد دور

در آن بخشش که رحمت عام کردنددو صاحب را محمد نام کردند

یکی ختم نبوت گشته ذاتشیکی ختم ممالک بر حیاتش

یکی برجِ عرب را تا ابد ماهیکی ملکِ عجم را از ازل شاه

یکی دین را ز ظلم آزاد کردهیکی دنیا به عدل آباد کرده

زهی نامی که کرد از چشمهٔ نوشدو عالم را دو میمش حلقه در گوش

ز رشک نام او عالم دو‌ نیم استکه عالم‌ را یکی، او را دو میم است

به ترکان قلم بی‌نسخ تاراجیکی میمش کمر بخشد یکی تاج

به نورِ تاج‌بخشی چون درخش استبدین تایید نامش تاج‌بخش است

چو طوفی سوی جود آرد وجودشز جودی بگذرد طوفانِ جودش

فلک با او کرا گوید که برخیزکه هست این قایم‌افکن قایم‌آویز

محیط از شرم جودش زیر افلاکجبین‌واری عرق شد بر سرِ خاک

چو دریا در دهد بی‌تلخ‌روییگُهر بخشد چو کان بی تنگ‌خویی

به بارش تیغِ او چون آهنین‌میغکلیدِ هفت‌کشور نامِ آن تیغ

جهت شش‌طاق او بر دوش داردفلک نُه حلقه هم در گوش دارد

جهان چون مادران گشته مطیعشبه نام عدل زاده چون ربیعش

خبرهایی که بیرون از اثیر استبه کشفِ خاطر، او را در ضمیر است

کدامین علم کاو در دل ندارد‌؟کدام اقبال، که‌او حاصل ندارد‌؟

به سرپنجه چو شیران دلیر استبدین شیرافکنی یارب چه شیر است‌!

نه با شیری، کسی را رنجه داردنه از شیران کسی هم‌پنجه دارد

سنانش‌، موی باریکی ستردهز چشم موی‌بینان موی برده

ز هر مقراضه کاو چون برق راندهعدو چون میخ در مقراض مانده

ز هر شمشیر کاو چون صبح جستهمخالف چون شفق در خون نشسته

سمندش در شتاب آهنگِ بیشیفلک را هفت میدان داده پیشی

زمین زیر عنانش گاو ریش استاگر‌چه هم‌عنان گاومیش است

کُله بر چرخ دارد، فرق بر ماهکله‌داری چنین باید، زهی شاه

همه عالم گرفت از نیک‌راییچنین باشد بلی ظِلِِّ خدایی

سیاهی و سپیدی هر‌چه هستندگذشت از کردگار او را پرستند

زره‌پوشانِ دریای شکن‌گیربه فرق دشمنش پوینده چون تیر

طرفداران کوه آهنین‌چنگبه رجم حاسدش برداشته سنگ

گلوی خصم وی سنگین‌درای‌ستچو مغناطیس از آن آهنربای‌ست

نشد غافل ز خصم، آگاهی این استنخسبد، شرط شاهنشاهی این است

اتابک ایلد گز، شاهِ جهان‌گیرکه زد بر هفت‌کشور چارتکبیر

دو عالم را بدین یک جان سپرده‌ستچو جانش هست نتوان گفت مرده‌ست

جهان زنده بدین صاحب‌قران استدرین شک نیست کاو جانِ جهان است

جز این یکسر ندارد شخص عالممبادا کز سرش مویی شود کم

کس از مادر بدین دولت نزاده‌ستحبش تا چین بدین دولت گشاده‌ست

فکنده در عراق، او باده در جامفتاده هیبتش در روم و در شام

صلیبِ زنگ را بر تارکِ رومبه دندان ظفر خاییده چون موم

سپاهِ روم را کز تُرک شد پیشبه هندی‌تیغ کرده هندوی خویش

شکارستان او اَبخاز و دربندشبیخونش به خوارزم و سمرقند

ز گنجه فتح خوزستان که کرده‌ست‌؟ز عمان تا به اصفاهان که خورده‌است‌؟

ممیراد این فروغ از روی این ماهمیفتاد این کلاه از فرق این شاه

هر آن چیزی که او را نیست مقصودبه آتش سوخته گر هست خود عود

هر آنکس کز جهان با او زند سردر آب افتاد اگر خود هست شکر

هر آن شخصی که او را هست از او رنجبه زیرِ خاک باد ار خود بود گنج

Güldü iqbalıma taleyin üzü,Dövlət sayəsində yüksəltdim sözü.

Saldım qələmimə diqqətlə nəzər,Şahənşah adına yazdım bir əsər.

O, şahlar şahıdır, şərdən uzaqdır,O qaşla baş kimi həm cüt, həm tağdır.

Dövranın hakimi Atabəy bütünKəsmişdir dünyadan kökünü zülmün.

Bir Əbu Cəfərin səxasına bax!Mahmudtək Xorasan tutan olacaq.

Nuru güntək tutub bütün dünyanı,Dostu əzizləyir, yaxır düşmanı.

Dünya və din Şəmsi adlandığındanHamıya nur saçan günəşdir, inan!

Bəd nəzərdən uzaq, bəd gözdən uzaq,Sən bizə səadət bəxş elə ancaq.

Şamil olan zaman hər kəsə rəhmətİki sahib adı oldu Məhəmməd.

Məhəmmədin biri son peyğəmbərdir,Biri də son şahdır, bu gün ömr edir.

Ərəb səmasında biri qəmərdir,Biri Əcəm şahı - bir tacvərdir.

Biri dini etdi zülmdən azad,Biri ədalətlə dünyanı abad.

Bu adla fəxr edən hər iki dünyaİki "mim" hərfindən taxmışdır sırğa.

"Aləm" də bir "mim" var, onda ikisi,Bölmüşdür "aləmi" paxıllıq hissi.

Qələm türklərinə salaraq nəzər,Bir "mim" - tac bağışlar, bir "mim" də - kəmər.

Tac bəxş edən nurlu, parlaq şimşəkdir,Adı - tac bəxş edən, özü yüksəkdir.

Ondan əta umsa göyün tağları,Səxasında batar Cudi dağları.

Kimə: "Şah ol!" deyər o, varkən fələk?Şahları yıxır o, üstün gələrək.

Səxasından dəniz utanmış guya,Bir alın təridir, düşmüş torpağa.

Qılıncı buluddur, dəmir yandırar,Bu qılıncdır yeddi ölkəyə açar.

Altı tağ çadrını daşıyır cəhət,Doqquz göy də edir ona itaət.

Dürrünü dəryatək verər gülərək,Darınmaz gövhərə zəngin mədəntək.

Dünya ana kimi sevmişdir onu.Bahar kimi doğmuş adil oğlunu.

Bu dünyadan xaric bütün xəbərlərOnun ürəyinə qeybdən gələr.

Hansı bir elmdən xəbəri yoxdur?Hansı səadətdən səməri yoxdur?

Kim ona tay tutar cəsur aslanı?İlahi, onuntək bir aslan hamı?

Nə bir kəs incimiş aslanlığından,Nə bir aslan vardır önündə duran.

Nizəsi tük deşər - alanda nişan,Gözdə qıl axtaran olar pərişan.

Onun ildırımtək haça oxundanQara bulud kimi dağılar düşman.

Sübhtək qılıncı çıxsa meydanaDüşmən şəfəq kimi boyanar qana.

Rumun başındakı qara səlibiZəfər dişlərilə etdi mum kimi.

Türklərdən çox ikən qoşunu Rumun,Hindi qılıncıyla etdi sərnigun.

Atının sürəti ötər küləyi,Yeddi mənzil geri qoyar fələyi.

Öküzün belində qərar tutan yerOnun cilovunda gəzib dövr edir.

Başı Aya çatmış, tacı göylərə,Şahlar gərək belə hünər göstərə.

Bürüyüb aləmi xeyirxah səsi,Gərək belə olsun allah kölgəsi.

Bu dünyada qara, ağ hər nə ki, var,Haqdan sonra ona səcdə qılarlar.

Dəniz dalğalardan zireh geyərəkDüşmənin üstünə şığıyır oxtək.

Belədir dağların dönməz ilqarı,Daşa basır ona kəc baxanları.

Düşmənin boğazı maqnitə bənzər,Onun nizəsini özünə çəkər.

Sayıqdır, düşməndən yaxşı qorunur,O yatmır, şahlığın şərti də budur.

Atabəy Eldəgiz "Əlvida" deyəDörd təkbir söylədi yeddi ölkəyə.

Tapşırdı aləmi o, bir tək cana,Canı, var, ölmüşdür, deməyin ona.

Onun varlığıyla yaşayır cahan,Şübhəsiz ki, odur bu dünyaya can.

Odur bu dünyada hər kəsdən böyük,Heç əskik olmasın başından bir tük,

Yoxdur onun kimi xoşbəxt doğulan,Onun hökmündədir Çin, Həbəşistan.

Meyi piyaləyə tökmüş İraqda,Zəhmi Rumu, Şamı qoymuş maraqda.

Ovlağı Abxazda və Dərbənddədir,Şəbxunu Xarəzmdə, Səmərqənddədir.

Bu Ayın üzündən işıq getməsin,O tac şah başını heç tərk etməsin.

Sevmədiyi bir şey ud olsa belə,Oda düşüb yansın, tez dönsün külə.

Onu incik salan düşsün məhşərə,Xəzinə olsa da, kömülsün yerə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов