Bax
Bu bivəfa, bu bivəfaDünyayə bax, dünyayə bax.Saldı məni Məcnun kimiSəhrayə bax, səhrayə, bax.
Düş Mebdinin sorağinə,Gəl yengicə qabağinə,Təvilələr bucağinəQovğayə bax, qovğayə bax.
Gəl bir neçə həmrazı gör,Dümbəkçi edən nazı gör,Aşıq əlində sazı gör,Zurnayə bax, zurnayə bax.
Övrətləri sədrnişin,Kişilər tərk edib işin,Gör necə ağardır dişin,Mollayə bax, mollayə bax.
Məclisə düzülüb yeyin,Hamı deyir: "Yeyin, yeyin."Yarı saman, yarı peyin,Şorbayə bax, şorbayə bax.
Bu sorbayə etmə nəzər,Əlhəzər, qardaş, əlhəzər.İçində bir ördək üzərDəryayə bax, dəryayə bax.
Bu məclisə əzm eylədim,Şorba yedim, həzm eylədim,Otdum bunu nəzm eylədim,Sövdayə bax, sövdayə bax.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sukuhi-bax
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Səni bir şahi-gülrüxan,Mən özümü zəlil gördüm.
Gələn birdir, gedən birdir, qalan birGələn birdir, gedən birdir, qalan bir,Gələn qalmaz, gedən gəlməz, əcəb sir.
Gözlərimdən tökülür bu dili-müztər qanıGözlərimdən tökülür bu dili-müztər qanı,Böylə nahəq yerə tökmə, a gözüm, hər qanı.
Piri-meyxanayə bax, Cəmdə nə var Keydə nə varPiri-meyxanayə bax, Cəmdə nə var Keydə nə var?Bəxşişə seyr elə, Hatəmdə nə var, Teydə nə var?