Yenə fikrim seyrə çıxdı yer üzünü başdan-başa,Dünya böyük bir tamaşa...Hər şey mənə tanış, - dedim,Baxıb, baxıb, danış, - dedim,Könül adlı ilk sirdaşa!Bu dağ mənim, o dağ sənin, gəzdım yeri qarış-qarış,Nələr açdı bu axtarış...Ey səadət səninkiyəm!Dünya deyir mən ikiyəm -Sağımda yaz, solumda qış.Yaz nə deyir: - Bağlarım var, güllərim var çiçək-çiçək,Qoxla məni, ətrimi çək!Mənə könül bağlayanlar,Hər sirrimi saxlayanlarBoran üzü görməyəcək.Mehribanlıq beşiyimdir, yerim bağça, yurdum bağdır,Alnım açıq, üzüm ağdır.Çoxdur sərin bulaqlarım,Göy çəmənli yaylaqlarım;Qəlbim isti, canım sağdır.Adım yazdır, gələndə mən axar çaylar daşa-daşaHaray salar dağa daşa...Seyrə çıxar oylağımı,Hər bağçamı, hər bağımıSevgililər qoşa-qoşa.Mən açmışam bu dünyada qızıl gülün yanağını -Evimin ilk qonağını.Anasıyam bu güllərin,Süsənlərin, sünbüllərin.Mən açmışam bülbüllərinNəğməli ney dodağını.Adım yazdır, şöhrətim var tərifində şairlərin.Havalarım sərin-sərin.Gülüşüyəm dost üzünün,Min bir bahar gündüzünün.Məndən öyrən yer üzününMənasını dərin-dərin!Al qumaşa bəzənmişəm gəlin kimi başdan-başa.Yaranmışam bir tamaşa!Bəxtiyardır analarım,Suda üzən sonalarım;Göydə uçar durnalarımQaqqıldaşa-qaqqıldaşa.Cərınət ki, bir uydurmadır, gəl gör nədir çiçəkliyim!Qızıl güldür köynəkliyim.Mənimkidir bu meşələr,Qıvrım telli bənövşələr.Kollarımda turac gəzər,Xınalıdır hər kəkliyim.Ayın, günün, ulduzların yaranma bir sirdaşıyam,Səadətin qardaşıyam.Bizim bu qarlı dağların,Qəlbi vüqarlı dağlarınƏyilməyən dik başıyam!Adım yazdır, gələndə mən yağış yağar narın-narın,Ruhu gülər torpaqların...Günəş bizə qonaq gələr,Kölgəsində quş dincələrƏl boydakı yarpaqların.Hər il bizi gülə-gülə qarşılayır May bayramı,Seyrə çıxır o gün hamı;Bütün qızlar geyir dümağ,Yanaqları çıraq-çıraq.Əllərdəki qızıl bayraqQurtuluşun ilk salamı.Tərlanlarım, qırğılarım qanad çalır göy havada.Toy qurulur min yuvada;Bütün dərdlər unudulur,Söhbət olub, saz tutulurAğır elli hər obada.Adım yazdır, qucağımda nə boran var, nə də ki qar,Qapılardan qaçır azar.Mehribanam yaranmışa."Gəlmə" deyir, qara, qışaMəxmər telli bu yoncalar.Bəzən mənə qara bulud düşmən kimi baxır, gedər,Şimşəklərin çaxar, gedər.Çox sevirəm mən gündüzü,Qaranlığın o dar gözüSerxoş kımi axar, gedər.Günəş mənim ilk anamdır, istisi var saf qanımda,Axar sular dörd yanımda.Görən mənə heyran qalar,Şair məndən ilham alarKönlün torlan zamanında.Görməmişəm pis üzünü nə hicranın, möhnətin,Beşiyiyəm məhəbbətin.Kefim sazdır, damağım çağ,Yaratmışdır üzümü ağGözəl əli təbiətin.Mən gələndə bu düzlərdə ceyran qaçar, quzu mələr,Dilə gələr lal dərələr;Qış əriyər yana-yana...Sinəsini açar manaÖrtüsü ağ pəncərələr.Təmiz havam təzələyir ciyərini insanların,Gözəliyəm dastanların.Güllər olur iç köynəyim,Dərmanıdır hər çiçəyimTəbiblərin, loğmanların.Artıq azad baxışların gözlərimdə işığı varKeçdi çovğun, əridi qar.Yaşıl dağlar allaz geyir;Baxıb-baxıb, "gəncəm" deyirAğ birçəkli ixtiyarlar.Dodaqlarım səhər-axşam söhbət açır səadətdən,Bu şeirdən, bu sənətdən!Qurtuluşun mənəm yolu.Can qurtardı insan oğluHəmişəlik əsarətdən.Qoy var olsun bu dünyada azad könül, azad bahar,Qayıtmasın o zindanlar!Qapımızda casus duran,İnsanlara qan udduranO zamanlar, o zamanlar!..Qələm çəkdik keçmişlərm o qaralmış üzünə biz!Qoy var olsun bu nəslimiz!Mehribanam hər yoldaşa.İyirmi i1 vurdum başa,Qəlbim isti, qanım təmiz.Adım yazdır, yazılmamış taleyimə nə dərd, nə qəm...Səhərlərin ney səsiyəm;Könlümdədir sədəfli saz;Soran olsa: - Nədir bu yaz?Deyin: - Sovet ölkosiyom!Qış nə deyir? - Mən faşistəm, yaranmışdır üzüm qara.Zülm edərəm insanlara;Qan içirəm, həzz alıram,Bu dünyanı mən salıramBoranlara, tufanlara.Mən tökərəm çəmənlərə, gülşənlərə soyuq qarı,Talan olur elin varı;Diş ağardıb güləndə mən,Kəfən geyib gələndə mənBağlayıram qapıları.Adım qışdır, əzəl gündən bir qardaşam canavara.Paltarım ağ, içim qara.Dərd andırır hər mənzərəm,Şaxtanı mən gətirirəmSəhərlərə, axşamlara.Saraldıram bülbüllərin yuvacığı - yarpaqları,Dondururam torpaqları.El demişkən - qara qışam,Mən uğursuz yaranmışam,Soldururam çəmənzarı.Atam boran, balam ölüm, budur mənim öz sənətim,Yamanlıqlar təbiətim.El bilir ki, amansızam,Neron kimi vicdansızam,Yoxdur qəlbim, məhəbbətim.Adım qışdır, özüm faşist, mən gələndə sular donar,Səhralara quzğun qonar.Nə duyğum var, nə ürəyim;Əsən kimi sərt küləyimYarpaq tökər boylu çinar.Mən gələndə görünməyir göydə süzən qaranquşlar -Yaz gününə yar olmuşlar;Dilim: "Boran, boran!" deyər,Baxıb mənə "ilan" deyərİncə ruhlu yaranmışlar.Adım qışdır, özüm faşist, mən aləmi saldım səsə.Gündə min yol kəsə-kəsəƏsəcəkdir boranlarım.Ağır-ağır zamanlarım,Günəş məni əritməsə...Şair deyər: - Bu qara qış qurda qardaş yaranalı,Yemək istər istiqbalı.Çox sevirik canımızdan,Ətimizdən, qanımızdan,Bizim böyük istiqbalı...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе