Bu gecə
Gəlmədin məclisimə, sevgili canan, bu gecə,Can evimdən elə bildim ki, köçüb can, bu gecə.Çox düşündüm səni, sənsizliyə dözmür bu könül,Çəkdi qəm ordusunu üstümə hicran, bu gecə.Gəlmiş olsaydın əgər məclisə, təbrizli gözəl,Ayağın altda kəsərdim neçə qurban, bu gecə.Nə deyim, mən nə deyim ayrılığın baisinə,Qaldı sənsiz, gözü yollarda Süleyman, bu gecə!
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-bu-gece
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Hər kim ki, zəhər içsə gözəl yarın əlindən,Olmaz, bilirəm, zərrə peşiman əməlindən.
Sapa düzdümTəbrizli gözəl, mən səni gəzdim,Can dərdimi təsbeh kimi bir-bir
GetməyibBiz söz verdik ayrılanda bir-birinə ürəkdən:Qismət olar, Allah qoysa, görüşərik yaxında.
Həsrət çəkirəmSöhrab Tahirə*Sənsizəm, vəslinin uğrunda müsibət çəkirəm,
Стихи других поэтов · О любви
Gətir, saqi, meyi-gülgun, bu bəzmi bir bahar eylə!O cami-ləlfam ilə bu xamı bir xumar eylə!
Musa CəliləO gün ki, üstünü cəlladlar aldı,Günahsız töküldü müqəddəs qanın.
Qanan olaCan qurban eyləsən, layıqdı, layıq,Bir yar ki, mətləbi tez qanan ola.
SevgilimŞəhla gözlərini gördüyüm zamanDedim, gül üstünə bir jalə düşmüş.