Söhrab Tahirə

Sənsizəm, vəslinin uğrunda müsibət çəkirəm,Durnalardan xəbər al, gör nə məşəqqət çəkirəm,Gecələr haqlı şikayətlə gəlirsən yuxuma,Düşünüb qəmli keçən ömrünü, xiffət çəkirəm.Görməyə bir kərə, bir anlığa solğun üzünü,Gündə mən yüz kərə yox, min kərə həsrət çəkirəm.Bil ki qəlbimdə mənim başqa qəmim, dərdim yox,Tək səninçün bu qədər qəmlənirəm, dərd çəkirəm.Vəslinə mən hələ yol tapmadığımçün deyirəmMillətimdən də, özümdən də xəcalət çəkirəm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке