Yandım
Mən könlümə həmdəm səni sandım.Saymazyana keçdin göz önümdən,Yandım, elə yandım, elə yandım!
Sahildə ayaq izlərimiz var,Sən eşqinə and içdin o yerdə,Hər kəlmənə qəlbimlə inandım.
Heyhat, niyə, qəlbimdəki odlarSönmür, yenə sönmür, yenə sönmür?!Gəl sanma bu yanmaqdan usandım.
Saymazyana keçdin göz önümdənYandım, elə yandım, elə yandım!
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-yandim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Söhrab Tahirə*Sənsizəm, vəslinin uğrunda müsibət çəkirəm,
AğamalıoğluAzərbaycan xalqının mübariz, müdrik oğullarından biri də şöhrəti vətən hüdudunu aşmış Səmədağa Ağamalıoğludur. Xalq, vətən qarşısında bu yorulmaq bilməyən inqilabçının, mütəfəkkirin xidmətləri çoxdur.Ağamalıoğlu bir sıra mühüm, məsul, rəhbər vəzifələrdə işlərkən həmişə xalq arasında olmuş və onunla bir nəfəs almışdır.
Cəlil MəmmədquluzadəAzərbaycan ədəbiyyatında çox sevdiyim şəxsiyyətlərdən biri də unudulmaz Cəlil Məmmədquluzadədir.Mən gənclik illərindən onun əsərlərini maraqla izləyir və böyük məhəbbətlə oxuyurdum. Ədibimiz əsərlərində xalqımızın keçmiş dövrdəki yaralarını bir cərrah əliylə yoxlayır və onun sağalmasına yollar axtarırdı. Azərbaycan xalqı azadlığa çıxdıqdan sonra Molla Nəsrəddinimizin artıq öz satira silahını inqilabın fütuhatına əngəl törədənlərə, yeni cəmiyyətin düşmənlərinə, millətin gözündən dini mövhumat pərdəsi asmaq istəyən ruhanilərə qarşı çevirdi. Mən Cəlil Məmmədquluzadə ilə Nərimanov adına Sənaye Texnikumunda oxuyarkən yazdığım kiçik xəbərləri “Molla Nəsrəddin” məcmuəsinə apardığım zaman tanış oldum. Sonralar onu tez-tez görürdüm. Mən o zaman “Azərbaycan gənc qələmlər ittifaqı”nda çalışırdım. Onu mədəniyyətimizlə, ədəbiyyatımızla əlaqədar təşkilatlarda tez-tez görərdim. 1928-ci ildə türk işçi-kəndli teatrında Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsəri tamaşaya qoyulmuşdu. Mən öz daimi biletimlə səhnə ilə üzbəüz lojada oturmuşdum. Cəlil Məmmədquluzadə öz həyat yoldaşı Həmidə xanımla birlikdə həmin lojada idi. Tamaşada respublikamızın istedadlı artistləri iştirak edirdi. Onu da deyim ki, o zaman artistlərimiz səhnədən müəlliflərin əvəzinə özlərindən əlavə sözlər uydurub söyləməkdən çəkinmirdilər. Tamaşa əsnasında üç oğul ana ilə bacılarını ərə vermək haqqında söhbət edirdi. Türkiyədə təhsil almış oğlunun rolunu ifa edən Kazım Ziya anasına belə dedi:
Xəyalımda Mirzə Fətəli canlandıVətən müharibəsi illərində ordu sıralarında İran Azərbaycanında olduğum zaman gördüklərimi, eşitdiklərimi qələmə alsam böyük bir kitab olar. Əlbəttə, yaxın zamanda oxucularım belə bir kitabı görə biləcəklər.İran Azərbaycanında üç ədibin adı dillərdən düşmürdü. Biri Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin), biri Mirzə Fətəli Axundov, biri Mirzə Ələkbər Sabir idi.
Стихи других поэтов
Ey dil, həzar şükr, xəbər gəldi yardən,Şükr et, qutardın axırı bu intizardən.
Nə qara səniDedim, könül, durma dağ zirvəsində,Bir gün düçar edər nə qara səni.
MəndənBaşına döndüyüm a nazlı dilbərGəlirmi guşuna sədalər məndən
Səidə xitabSəida, nuri-çeşmim, bir nəsihət daxı məndən al!Ülumə sərfi-səy et, bulhəvəslik yoluna varma!