Ömrün cavan çağı qaldı arxada,Can alıb, can verən sənəmlər getdi.Cananın canına can qurban deyib,Çəkdiyim ələmlər, sitəmlər getdi.

Sevgilim, bəxtimi görüb adında,Yolunu gözlərdim, varmı yadında?Yağışlar altında, qarlar altında,Getdi o saatlar, o dəmlər getdi!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви