Xəzan vursa bağçanı, çiçəyimi verərəm,Süfrəndə şey tapmasan, çörəyimi verərəm.

Amansız olsun deyə zərbən cəllad başında,Biləyinə köməkçi biləyimi verərəm.

Düşmənlər nəfəsilə zəhərləsə havanı,Onda sənə Xəzritək küləyimi verərəm.

Tufan qopsa, başına qayalar, dağlar uçsa,Qarşısına mən dayaq kürəyimi verərəm.

Azadlıq vuruşunda ürəyin parçalansa,Qoparıb bu sinəmdən ürəyimi verərəm!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов