Uşaqlar, ay uşaqlar, gəlib buz əsalı qış,Xəzri meydan oxuyur, yağır qar, tökür yağış.Hava bozarıb yenə,Üzlər qızarıb yenə.Ağarır bəxtimiztək qar yenə damda, daşda,Sizləri görmürəm mən qış çağında təlaşda.Bahar ürəklisiniz, qış da bahardır sizə,Qışın ağ çiçəkləri dövlətdir, vardır sizə.Deyirəm ki, kaş indi mən siz yaşda olaydım,Qartopu oynamaqda yenə başda olaydım.İftixarla gəzəydim üzərimdə qar yükü.Xatirimə gəlir ki,Uşaqlıqda çox dəyib başıma qar topları,Cavanlıq çağlarımda qar deyil, yar topları.Xoşbəxt balalar, sizə həsrətlə baxıram mən,Hörmətlə baxıram mən.Bahara ən yaxın yol, qışın qarlı yoludur,Varlı, barlı yoludur.

Könlünüz heç bir zaman bahardan ayrılmasın,Qızarmış əlləriniz toplardan ayrılmasın.Çox da deyiləm cavan, çox da yaşlıyam, nə qəm,Mənə elə gəlir ki, sizin biriniz mənəm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе