Təbrizli gözəl qız, yenə eşqimdə düzəm mən,Məndən uzaq olsan belə, üstündə gözəm mən.Qəsd eyləsə iqbalına bir kəs – məni səslə,Od parçasıyam, yandıraram, sanma közəm mən.Gördüm səni röyada dünən, söylədim, ey bəxt,Alqış sənə, cananla yenə üzbəüzəm mən.Sənsizliyi az bilmə, gülüm, rəngimə bir bax,Hicrində sənin gör necə solğun bənizəm mən.Təbrizli gözəl! Sanma Süleymanı vəfasız,Qarşında sənin körpə uşaqtək təmizəm mən!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви