Araz! Hər yaz çəmən birdir, o sahildə, bu sahildə,Qərənfil, yasəmən birdir, o sahildə, bu sahildə.

Bilirsən ki, suya xəncər, bıçaq vursan da ayrılmaz,Ürək birdir, bədən birdir, o sahildə, bu sahildə.

Əzəldən ayrılıq dərdi, vüsal dərdi, vətən dərdi,İnandım bir də mən, birdir, o sahildə, bu sahildə.

Ürək telli müqəddəs saz, şeirdən incə xoş bir dilAraz, bildinmi sən birdir, o sahildə, bu sahildə?!

Süleyman, gəl haray sal, qoy bütün aləm eşitsin ki,Əziz, doğma vətən birdir, o sahildə, bu sahildə!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке