Qorxmuram yağılardan bu qaranlıq diyarda,Könlüm günəşə həsrət bir zirzəmi kimidir.Azadlıq yollarında başı dik əməllərim,Dalğaların qoynunda rəqsan gəmi kimidir.

Könlüm vətən eşqilə alovlanmış bir ölkə,Mənim güləcəyimə yadlar inanmır, bəlkə.Qorxutmasın sizləri gözlərimdəki kölgə,Gənc könlümün bağçası yanmış zəmi kimidir.

Qasırğalı dəryada dəydi daşlara gəmim,Batdı nəşəm, sevincim, çıxdı sahilə qəmim.Odur ta o zamandan tərpənişim, görkəmimAğacda son yarpağın son görkəmi kimidir.

Rəqiblər ürəyimi daşlayır bir nərd kimi,Deyin, kimdə dərd vardır sinəmdəki dərd kimi?Durmuşam qəm çölündə dostlarımla mərd kimi,Qəmim ana vətənin şirin qəmi kimidir!

Təbriz, 1941

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине