Uzaq deyil
Bir zamanlar əzbəriydi dillərin,Gözəlliyi, adı-sanı Təbrizin.Qara illər qara yellər gətirdi,Soldu birdən gülüstanı Təbrizin.
Torpağının hər zərrəsi qızıldır,Məhəbbəti ürəkləri qızdırır.Güvəndiyi mərd oğludur, qızıdır,Yer üzündə tayı hanı Təbrizin!
Ayrılıqdan ürəkləri dərd alıb,Haqsızlığa kainat da mat qalıb.İllərdir ki, ürəyimdən yol salıb –Hicran yüklü, qəm karvanı Təbrizin.
Öz yolundan çəkilməyib, çəkilməz,Döyüşlərdə döyülməyib, döyülməz.Cəlladlara əyilməyib, əyilməz,Həm qocası, həm cavanı Təbrizin.
Alovlarda bağça yanıb, bağ yanıb,Anaların ahı ərşə dayanıb;Başdan-başa qızıl qana boyanıbHər küçəsi, hər meydanı Təbrizin.
Şəhidləri – “hər gün yada sal” deyir.Nəsillər – “anda sadiq qal!” – deyir.“Gəlmələrdən qisasımı al!” – deyir.Bayrağına keçən qanı Təbrizin.
Görürəm ki, döyüşdədir, yenə də,Ona dəyən güllə dəyir mənə də.Tək mənə yox, ey oxucum, sənə də,Qanımdandır axan qanı Təbrizin.
Bu gün mənə ön səngərdə görünür,Yenə, yenə ön səngərdə görünür.Dönə-dönə ön səngərdə görünür,Od ürəkli Səttarxanı Təbrizin.
Canım sənə qurban olsun, ey Vətən!Qüdrətini bilməsə də hər yetən,Varlığımla inanıram buna mən –Uzaq deyil xoş dövranı Təbrizin.
Budur mənim bu könlümün qərarı –Cəlladlara özüm qazım məzarı.Gəlməyincə azadlığın baharıDeyib-gülməz Süleymanı Təbrizin.
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-uzaq-deyil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qoy söyləyim ürəyimin sözünü,Bir kərə də görməmişəm üzünü,
Üçüncü məktubHaqqım deyə ellər qalxıb ayağa,Səsin gəlmir, ey Şəhriyar, hardasan?
Şəhriyara dördüncü məktub“Hərdən belə səsin gəlsin,*Gözümüzün yaşın silsin”*
Şair Səhəndə cavabYaradan əlini sıx Süleymanın,*O, el dərdi bilən yüksək insanın.*