Ürəyimdən çəkilib Təbrizə yol,Dağları, daşları qandır bu yolun.Ellər hürriyyəti, etdikcə parolEy nəsillər, yürüşə hazır olun!

Yenə şerimlə göyərçintək uçub,Çəkirəm baş o döyüşkən şəhərə.Yenə könlüm yeni bir mahnı qoşub,Gözü yollarda qalan dərdlilərə.

Təbrizin doğma bağından hələlik,Ah çəkib, qanlı çiçək-gül dərirəm.Qardaşım! Əslinə yaddır köləlik,Sənə öz mahnımı pay göndərirəm!

Dayanıb yolda bahar yüklü qatar,Bu qatar tən ürəyimdən keçəcək.Ayrılıq, göz yaşı, fəryad, nə ki var –Əbədilik vətənindən köçəcək!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе