Haqqım deyə ellər qalxıb ayağa,Səsin gəlmir, ey Şəhriyar, hardasan?Ayıl barı güllələrin səsinə,Millətinin min dərdi var, hardasan?

Mən uzaqdan görürəm o dəhşəti,Sən yaxından görmürsənmi vəhşəti?Meydanda tək qoymaz övlad milləti,De, hardasan, ey sənətkar, hardasan?

Alqışlardım bir zaman hər kəlməni,Səbəb nədir, eşitmirəm nəğməni?Gör haçandır, gör haçandır mən səni.Axtarıram diyar-diyar, hardasan?

Od tutaraq alışardın şerinlə,Ədalətdən danışardın şerinlə,Ağ günlərçün çalışardın şerinlə,Meydanlarda axır qanlar, hardasan?

Yağdırmasan lənətini cəllada,Bildirməsən qüdrətini cəllada,Göstərməsən qeyrətini cəllada,Etməz sənə el etibar, hardasan?!

Doğma anan deyilmidir bu vətən!Borcumdur ki, təkrar deyim sənə mən –Ölüm-dirim döyüşündə cəbhədənVətənsizlər edər fərar, hardasan?

Qəm yelkənim dənizdədir haçandır,Yarı canım, Təbrizdədir haçandır,Təbrizdədir, o sizdədir haçandır,Sən hardasan, ey nəğməkar, hardasan?

Öz andını çıxarma gəl yadından,Atəş yağdır ürəyinin odundan.Şair kimi vətən, millət adındanVar səsimlə çəkirəm car, hardasan?

Çox da bu gün, bu dəm özüm burdayam,Ellər bilir ürəyimlə hardayam,Süleymanam, söz ordumla ordayamBəs sən özün, ey Şəhriyar, hardasan?!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине