Bu bağın başqa gözəllikləri var,Boylanıb incə çiçəklər, otlar.Oxşayır bir daha şair gözümü,Burda sərbəst sanıram mən özümü.Günəşimdən yenə qüvvət alıram,Nə verirsə bu təbiət, alıram.Neçə aydır ki, şəhərdən uzağam,Su, hava, meyvə cəhətdənsə toxam.Deyirəm mahnı yaşıl meynələrə,Üzümü bəlkə bu yay bollu verə!Yaşamaz, olmasa insanda inam,Hələ sağdır qoca, ağbirçək anam.

Əlləşir eşq ilə mətbəxdə yenə...Qocalar gəlməsələr bağ yerinəBir çox işlərdə biz aciz qalarıq,Nə deyim, dadlı yeməksiz qalarıq.Ana! Hər yerdə yetirsən köməyə,Bələdəm sən bişirən hər xörəyə.Yenə düşmüş başıma isti çörək,Sözümü sən yerə, gəl, salma görək.Ana can! Təndirə doldur odunuSeyr edək təndirinin gur odunu.Çək, tez ol kibriti, yansın təndir,Bir qızıl rəngə boyansın təndir.Göyə qalxsın bacamızdan tüstü,Yığılaq dövrənə axşamüstü.Qulaq as gör sənin ilkin nə deyir:Sən məhəbbətlə yoğurduqca xəmirBu işindən, ana, ləzzət alırıq,O arıq əllərə heyran qalırıq!Kəs, totuq kündələri, düz tabağa,Canımız qoy sənə olsun sadağa.Sənə zəhmətsə də, tez kündəni yay,Yay, naxış vur, ana can, təndirə yap.Yox, yanıldım, mənə bir an qulaq as,Bəzə ancaq onu xaşxaşla bir az.Bənzəsin bir qədər ulduzlu göyə,Hər görən söyləsin əhsən çörəyə!Görürəm kündələrin bolluğunu,Gey qalın əlcəyini, qolluğunu.Qoyma od qarsalasın əllərini,Bağla yaylıqla dümağ tellərini.Qoy bizim həsrətimiz tez bitsin,Nə olar, bir neçəsi küt getsin.Yenə canlansın uşaqlıq çağımız,Gəzsin əllərdə qızıl qazmağımız.Elə bil körpə uşaqdır oğlun,Fərəhindən uçacaqdır oğlun!Ana can! Kibriti çək, umsunaram,Təndirin yanmasa, bil, mən yanaram.Çarə tap bəslədiyim arzulara,Çörəyin yaxşı bişəndən sonraBürüyüb əsgiyə bir şorbalığıOnu basdır külə, təndirdə bişir.Oğlunun xalqa əyandır qılığı.Salaram yoxsa uşaqlartək həşir.Yeyərik şorbalıq üstündən üzüm,Sənə qurban olum ancaq mən özüm.Sənə zəhmətsə də tez kündəni yay,Yay, naxış vur, ana can, təndirə yap.Gəlir ondan ana torpaq ətri,İncə güllər bitirən bağ ətri.Ətri gəldikcə bizim burnumuzaDaha çox bağlanırıq yurdumuza.Onu öpdükcə gözüm, həm dodağımBərk durur, yerdən üzülmür ayağım.Sən keçərkən, ana, təndir başına,Baxıram qartək ağarmış saçına,Anıram qəmli keçən gəncliyini.Görmədik onda sənin dincliyini.İndi sən barlı ağacsan, başı dik,İftixar et, ana can, biz səninik!Sən çətinliklərə göstərmədin üz,Anasız olmasın heç bir günümüz.Ana! Süfrəntək açıqdır ürəyin,Hər zaman bolluca olsun çörəyin!Ana can! Təndirə doldur odunu,Seyr edək təndirinin gur odunu!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Yada düşənlər

Əziz Əliyevi mən gənclik illərindən tanıyırdım. Onunla ictimai yığıncaqlarda, məclislərdə çox görüşmüşdük. Olduqca sadə, səmimi insan idi. Ondakı incə, duzlu yumor söhbətlərinə məlahət verərdi.Belə oldu ki, Vətən müharibəsi başlananda, Sovet ordusu vətənimizi alman faşizmi təhlükəsindən qorumaq məqsədilə İran torpağına qədəm qoydu (1921-ci il müqaviləsi əsasında). 1941-ci ildə İran ərazisinə daxil olan qoşunlarımızı xalq duz-çörəklə qarşıladı. Lakin xan, mülkədar ailələrinə mənsub yüksək rütbəli zabitlərin qara niyyətləri puça çıxdı. Onların çoxu silahlarını kəndlilərə verib əvəzində kəndli paltarı alaraq təğyiri-libasla Tehrana qədər qaçdılar.

8 мин
Arazın o tayında

Cənubi azərbaycanlı qardaşlarımızın taleyi məni həmişə düşündürmüşdür. İlk gənclik illərində yazdığım bir neçə kiçik şerim bu mövzudadır. 1934-cü ildə qələmə aldığım “Yaxşı yoldaş” poemasında da bu məsələdən bəhs açmışam.1940-cı ildə tamaşaya qoyulmuş “Qaçaq Nəbi” mənzum dramasında bu haqda daha ətraflı söhbət getmişdir.

17 мин
Ərdəbil səfəri

Bizə, Təbrizə xəbər gəlib çatdı ki, 7 noyabrda Oktyabr inqilabının ildönümü günündə Ərdəbildə əhali çevriliş yaratmaq fikrindədir. Bunun qarşısı alınmalı idi. Bizim Qızıl Ordu İran torpağına bu məqsədlə daxil olmamışdı. Bu hadisədən müharibənin bu gərgin çağında bizə dost olmayanlar sui-istifadə edə bilərdi. Ərdəbilə məni və bir yoldaşı göndərməyi qərara aldılar. “M-1” maşınla yola çıxdıq. Sürücümüz gənc idi. Bu yolu ilk dəfə qət edirdik. Axşamüstü Səraba çatdıq. Mən gecəni Sərabda qalmağı irəli sürdüm. Dostum təkidlə yola çıxmağı məsləhət gördü. O tanış, bələd olmadığımız bir yerdə gecələməkdən ehtiyat edirdi. İkimizin də rütbəsi batalyon komissarı rütbəsiydi. Nədənsə, səfər dostum Bakıda məsul işlərdə olduğu havayla hərəkət edərək mənimlə sürücünün üzərində rəhbərliyi öhdəsinə götürdü. Hava qaralanda yola düşdük. O, sürücüyə ciddi tapşırdı ki, “Gözün dörd olsun, yolda gözünə şübhəli bir şey görünəndə cəld maşını saxla”.Artıq qaranlıq düşmüşdü. Dərələrdən keçəndə qulaqlarımızda küləklərin uğultusu səslənirdi.

12 мин
12-ci tüfəng

Şərab səfərində bir hadisənin şahidi olmuşduq. Mən onu bilərəkdən sonra yazmağı qərara aldım. Əmniyə rəisiylə və əmniyələrlə birlikdə hadisə baş vermiş kənddən digər bir dağ kəndinə getməli olduq. Əmniyə rəisi deyirdi ki, sizə arxalanıb kəndlilər bizim 12 əmniyəni tərk-silah edib gülünc vəziyyətdə Səraba qaytarıblar. Bu saat onlarda 12 tüfəng var. Bu asi kəndə divan tutmaq lazımdır.Biz təkrar ora atlandıq. Bu kimi çıxışlara səbəb İrandakı vəziyyətdir. Kəndlilərin mülkədarlardan, dövlət məmurlarından çəkdikləri əzabların nəticəsidir.

6 мин

Стихи других поэтов