Bu yatmış küçələrdə bu gecə mənəm ayıq,Mənəm addımlarımla bu sükuta yaraşıq.Deyil yalnız bu gecə, bir çox gecələr belə,Çıxaraq küçələrə gəzirəm gülə-gülə.Yeriyirəm – xəyalım, ürəyim, beynim atəş, –Sonsuz nəşə duyuram, bu sonsuz gəzhagəzdənAyaqlar silməsinlər deyə, qurudur günəş –Küçələrə yazdığım şerimi səhər tezdən.Bu gecə təkbaşıma gəzirəm küçələri;Baxıram birləşmədən gözlərimin çəpəri.Yeriyirəm, şerimi ötərək dodaqaltı.İşığam qaranlıqda, deyiləm bir qaraltı.Bu ulduzlu, bu aylı, bu ilhamlı gecədəYeriyirəm, mənimlə yeriyir bu gecə də...Yurdumun addımından geri qalmır addımım,Ulduzlar rəqs edirlər dövrəsində adımın...Yeriyirəm, əməlim əlimdə fanar kimi,Baxışımla səmanı kəsirəm bir nar kimi.Qəlbim od alsın deyə, uduram ulduzları,Şerimin köhnə dostu, göz vuran ulduzlarıMənəm addımlayaraq sürüyən öz kölgəmi,Mənəm gənc ürəyimdə daşıyan, gənc ölkəmi.Bu ulduzlu, bu aylı, bu ilhamlı gecədəYeriyirəm, mənimlə yeriyir bu gecə də...Evlərin qapısında göz qırpa-qırpa yanan

Elektrik lampası deyil, misralarımdır.Ta uzaq pəncərədən qılınc kimi uzananİşığın pərvanəsi mənim öz dildarımdır!Bilirəm ki, sevgilim baxaraq yollarıma,Nigaran gözləriylə hər an gözləyir məni.O bu saat görməyir ulduzu da, ayı da,Bir xəyal aləmində sanki izləyir məni.Başqa bir pəncərədə mənim şair yoldaşım,Bir baxınız, dayamış başını masasına.Deyir ki, söz tap, başım, deyir ki, söz ver, başımÖlməz sözlər gərəkdir ölməzlər dünyasına!..Başqa bir pəncərədə fikrə dalmış mühəndis,Gələcək buruqların nəqş edir cizgisini.Bir daha güldürməkçün bu yurdun güzgüsünüYerlərin alt qatında arayır qızıl dəniz.Bu ulduzlu, bu aylı, bu ilhamlı gecədə,Yeriyirəm, mənimlə yeriyir bu gecə də...Artıq mən sahildəyəm... bu sahil mənə tanış,Bu sahil mənə yaxın, bu deyil bir aldanış...Mən də ilk gəncliyimdə, ilk bahar səmasınıÖz sevgilimlə birgə seyr etmişəm bu suda.Udaraq salxım-salxım dənizin havasını,Durmuşam sevgilimçin bu sahildə pusquda,Bəsdir bu qədər gəzdin, dedim özüm özümə,Gecə görəsən, qulaq asacaqmı sözümə?Gecənin qulağına: “Gündüz gəlir, qaç!” – dedim.– Sevgilim, günəş doğur, pəncərəni aç! – dedim!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви